Bakıdan Batumiyə reys açıldı

Bakı Beynəlxalq Avtovağzal Kompleksində(BBAK) Bakı-Batumi-Bakı istiqaməti üzrə yeni reys sərnişinlərin ixtiyarına verilib.

Bu barədə BBAK-ın mətbuat katibi Pərvin Məmmədova bildirib.

O bildirib ki, 1 iyul tarixindən etibarən hər həftənin bazar ertəsi, çərşənbə və cümə günləri Bakı vaxtı ilə saat 18:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) Bakı-Batumi istiqaməti üzrə avtobus reysi fəaliyyətə başlayacaq:

"Avtobus Batumi şəhərinə növbəti gün saat 10:00-da çatacaq. Avtobusun Batumidən geriyə yola düşmə vaxtı isə həftənin çərşənbə, cümə və bazar günləri saat 10:00-da olacaq. 
Biletin bir istiqamət üzrə qiyməti 40.00 AZN təşkil edir.

Sərnişinlər Bakı-Batumi-Bakı reysinə biletləri "avtovagzal.az" saytı və mobil tətbiq vasitəsilə "onlayn" qaydada, həmçinin Bakı Beynəlxalq Avtovağzal Kompleksinin kassalarına yaxınlaşmaqla əldə edə bilərlər.

Məlumat üçün bildirək ki, biletləri "Qabaqcadan satış" kassaları və "Onlayn" qaydada 10 gün öncədən 1 gün qabağa qədər əldə etmək mümkündür.
5 yaşınadək uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından on yaşınadək uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir. 
Sərnişinlərin istəyinə uyğun olaraq, beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR