Azərbaycan “Boinq 737” təyyarələrindən imtina etdi

Azərbaycan Hava Yolları QSC "Boinq 737 MAX-8" təyyarələrini almaqdan imtina edib.

Bu barədə Axar.az-a "Azərbaycan Hava Yolları"nın prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski deyib.

Onun sözlərinə görə, ötən müddətdə "Boinq 737 MAX-8" hava gəmiləri ilə baş verən 2 aviasiya qəzasının təhlili nəticəsində AZAL mövcud müqaviləyə xitam verilməsi üçün "Boinq" korporasiyası müraciət edib.

Qeyd edək ki, AZAL ilə "Boinq" korporasiyası arasında imzalanmış sazişə əsasən, bu ilin sonundan etibarən Azərbaycana 3 il ərzində ümumilikdə 10 ədəd "Boinq 737 MAX-8" tipli təyyarə gətirilməli idi.

Xatırladaq ki, ötən il oktyabrın 29-da və bu il martın 10-da bu tip iki təyyarə qəzaya uğrayıb. Bir sıra aviaşirkətlər hadisənin təhqiqatının nəticələri müəyyən edilməyənədək "Boinq 737 MAX-8" tipli təyyarələrin istismarını müvəqqəti dayandırdıqlarını bildiriblər.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR