Bu yolda hərəkət qismən məhdudlaşdırılıb.

8 fevral tarixindən etibarən Göyçay-Ucar  avtomobil yolunun  Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi  avtomobil  yoluna birləşən hissəsində təmir işləri həyata keçirilir. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bununla əlaqədar  olaraq avtonəqliyyat vasitələrinin hərəkəti  Göyçay-Ucar yolunun sözügedən hissəsində qismən məhdudlaşdırılıb.

Qeyd edək ki,minik avtomobillərinin  həmin yoldan istfadə etmələri ilə bağlı heç bir maneə  yoxdu.Lakin yük avtomobilləri  alternativ olaraq  Göyçay-Bərgüşad və Göyçay Ağdaş avtomobil yollarından istifadə edə bilərlər.

Sürücülərdən təmir işlərinin aparıldığı müddət ərzində sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR