Bakı Beynəlxalq Avtovağzal Kompleksində “Şəbəkə” xidmət mərkəzi istifadəyə verildi

6 dekabr - rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günü münasibəti ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi paytaxtda növbəti "Şəbəkə" xidmət mərkəzini istifadəyə verib. Mərkəz Bakı Beynəlxalq Avtovağzal Kompleksinin (Bakı-Sumqayıt şosesi, 3) ərazisində yerləşir. Nazirlikdən "Olaylar"a bildirilib ki, bu mərkəzdə də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlər vahid məkanda təqdim olunur. "Şəbəkə" mərkəzlərində əhaliyə ənənəvi telekommunikasiya  və poçt xidmətlərindən başqa, maliyyə, eləcə də aviabilet satışı  və  turizm xidmətləri göstərilir. Eyni zamanda, "Şəbəkə" mərkəzlərində lokal və beynəlxalq ödəniş kartlarının, icbari sığorta, zərf, marka, açıqca satışı, pulköçürmələri,  büdcə, kommunal, Dövlət İpoteka Fondu üzrə ödənişlər, mobil cihazların qeydiyyatı həyata keçirilir. Mərkəzlərdə müştərilər həm də xüsusi özünəxidmət terminallarından istifadə edə bilirlər. "SmartPay" - ödəniş sistemi vasitəsi ilə kommunal, mobil, rabitə və bir çox digər xidmətlər üzrə ödəniş etmək mümkündür.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR