“Azərbaycan Dəmir Yolları” QSC-də obyekt mülki müdafiə məşqi keçirilib

Noyabrın 7-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Təsərrüfat İdarəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili" mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib. "OLAYLAR"-a daxil olan məlumata görə, məşqə "Azərbaycan Dəmir Yolları" QSC-nin Fövqəladə Hallar Komissiyasının üzvləri, inzibati binada yerləşən bütün departament, xidmət və şöbələrin işçiləri, mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Əsas məqsəd fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə öyrətməkdir. İşçilərə, həmçinin, fövqəladə hallar zamanı (təxliyyə, ilkin tibbi yardım, ilkin yanğınsöndürmə vasitələrdən istifadə) davranış qaydaları izah olunub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR