Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yolların yenidən qurulması yekunlaşır

42 km uzunluğa malik Zaqatala-Aşağı Tala-Üçüncü Tala-Dağlı-Muğan marşrutu üzrə yaşayış məntəqələrini birləşdirən avtomobil yollarının yenidən qurulması işi yekunlaşır. Avtomobil Yolları Dövlət Agentliyindən "OLAYLAR"-a bildirilib ki, bu Yevlax-Zaqatala-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 128-ci km-dən ayrılan 9.8 km uzunluğa malik III texniki dərəcəli respublika əhəmiyyəti Zaqatala dəmir yolu stansiyası avtomobil yolu, IV texniki dərəcəli 24 km uzunluğa malik yaşayış məntəqələrini birləşdirən yollar və 8.2 km uzunluğunda yaşayış məntəqələrinin daxili yollarıdır.

III və IV texniki dərəcəli çınqıl və asfalt-beton örtükdən ibarət avtomobil yolları uzun illər istismar olunduğundan yol örtüyündə aşınmalar, tor şəkilli çatlar, qabarma və çökmələr əmələ gəlmiş, yolların torpaq yatağı təbii relyef ilə eyni səviyyədə olduğundan dağılmalar və çökmələr yaranmışdır. Bu səbəbdən torpaq yatağının qaldırılmasına, yol əsasının və yolun asfalt-beton örtüklə təmir olunmasına ehtiyac yaranmışdır. Hazırda yenidənqurma işləri məhz bu çatışmazlıqları aradan qaldırmağa hesablanıb. Layihəyə uyğun olaraq yollar boyu 97 min kub.m həcmdə mövcud asfalt-beton örtüyü sökülərək daşınıb, deformasiyaya uğramış örtük, yararsız yol əsası və torpaq yatağı qazılaraq çıxarılıb və kənarlaşdırılıb. Bunun əvəzinə 136 min kub.m həcmdə yolun torpaq yatağının təmiri, qazılmış hissələrin yenidən bərpası və yolun torpaq yatağının yerin təbii relyef səviyyəsindən qaldırılması üçün xüsusi qrunt gətirilərək yayılıb və kipləşdirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR