Sabahdan "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət bərpa olunacaq

"Bakı Metropoliteni" QSC sərnişinlərinin nəzərinə çatdırır ki, yenidənqurma və əsaslı təmir işləri ilə əlaqədar olaraq noyabr ayının 6-dan günün müəyyən saatlarında "Bakmil" stansiyasına giriş-çıxışa məhdudiyyət tətbiq olunacaq.  Bu barədə məlumat "OLAYLAR"-a qurumun mətbuat xidmətindən daxil olub. Bildirilib ki, məqsəd sərnişinlərimizin təhlükəsizliyini təmin etməkdir.

Məhdudiyyət hər gün saat 8:20-dən 17:00-a qədər olan vaxtı əhatə edəcək.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR