Bu yolda rənglənmə işləri aparılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən "Atletlər kəndi" (Nəqliyyat Agentliyi qarşısında) üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq. "OLAYLAR" xəbər verir ki, bu barədə məlumatı Avtomobil Yolları Dövlət Agentliyi yayıb.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR