Zağulba prospektinin bir hissəsində hərəkət müvəqqəti məhdudlaşdırılacaq

20 oktyabr 2018-ci il tarixdə saat 8-00-dan 20-00-dək Bakı şəhəri, Xəzər rayonu, Zağulba prospektinin 28-ci km-də (Mərdəkan körpüsündən Zağulba istiqamətində) aparılacaq yol-təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə məhdudlaşdırılıacaq. Bu barədə məlumat "OLAYLAR"-a AAYDA-dan daxil olub. Bildirilib ki, Zağulba istiqamətində hərəkət edən sürücülər Mərdəkan körpüsündən istifadə etməklə körpüdən sonra yol ayrıcında müvəqqəti təşkil ediləcək yol hissəsindən geriyə dönüş etməklə Zağulba istiqamətində hərəkətlərinə davam edə biləcəklər.

Yarana biləcək müvəqqəti narahatlığa görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşlardan üzr istəyir və sürücülərdən aparılacaq işlərə anlayışla yanaşmalarını xahiş edir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR