Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur

Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenidən qurulur. Agentlikdən "OLAYLAR"-a bildirilib ki,  III texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib. Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi. Yolda hərəkət hissəsində çalalar və çökmələr əmələ gəlmiş, en və uzunluq profilləri pozulmuşdur, yolun çiyin hissələri çökmüş və atmosfer yağıntılarından yuyulmuşdur. Bundan başqa yolun müxtəlif hissələrində torpaq yatağının hündürlüyü aşağı səviyyədədir. Bu üzdən yolda təxirəsalınmaz tədbirlərin görülməsinə ehtiyac yaranmışdır.

Hazırda sadalanan qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır. Layihəyə uyğun olaraq mövcud örtük 10 min kub.m həcmdə sökülərək kənara daşınır, torpaq yatağının normativ hündürlüyə qaldırılması üçün zəruri ərazilərdə işlər aparılır. Bu işlərin həcmi 25 min kub.m təşkil edir.

Yol boyu mövcud boruların bəzilərinin özü, bəzilərinin isə başlıqları yararsız olduğu üçün yenisi ilə dəyişdirilirməsinə, həmçinin kiçik su arxlarının və kommunikasiya xətlərinin keçməsi üçün yolun bəzi hissələrində metal boruların quraşdırılmasına ehtiyac olduğu üçün 5 ədəd 1.25 m diametrli dəmir-beton və 15 ədəd 500 mm diametrli metal boruların quraşdırılması işləri görülür. Yolun 3-cü və 8-ci km-dəki kiçik körpülərin əvəzinə 2x2 en kəsikli düzbucaqlı dəmir-beton boruların quraşdırılması məqsədə uyğun hesab olunduğu üçün bu istiamətdə də addımlar atılır.

Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun tikintisi 71 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR