Bakıda sərnişin avtobusu dərəyə aşdı - SON DƏQİQƏ

Günəşlidə avtobus dərəyə aşıb.

Yenicag.az xəbər verir ki, axşam saatlarında 64 nömrəli marşurut avtobusu təzə benzindoldurma məntəqəsi adlanan ərazidə dərəyə aşıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, avtobusun dərəyə aşmasına səbəb əyləc sisteminin işləməməsi olub.

Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Yenicag.az-a açıqlamasında xəbəri təsdiqləyib.

Mais Ağayevin sözlərinə görə, avtobusda sərnişin olmayıb:

"Avtobusda sərnişin olmayıb. Hadisə zamanı ölən və yaralanan yoxdur".

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR