Bakının bu ərazisində böyük tıxac yarandı

Bu gün səhər saatlarında Masazır dairəsində böyük tıxac yaranıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, Agentliyin əməkdaşları tərəfindən Masazır dairəsi yaxınlığında heç bir təmir işləri aparılmır.

O bildirib ki, səhər saatlarından müşahidə edilən sıxlığın qurumla əlaqəsi yoxdur:

"Orada təmir işləri aparılmır. Hava şəraiti ilə əlaqədar səhər və günorta saatlarında, ümumiyyətlə, təmir işlərinin aparılmasını dayandırmışıq".

Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR