Dəmiryolçuların Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin III Plenumu keçirilib

Azərbaycan Dəmiryolçularının MHİRK-in növbəti III Plenumu keçirilib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən "OLAYLAR"-a bildirilib ki, plenumu giriş sözü ilə açan MHİRK-in sədri Fəzail Bağırov son vaxtlar dəmir yolunda həyata keçirilən islahatlar, əldə olunan uğurlar, qarşıda duran perspektiv vəzifələr haqqında danışıb. Plenumun işində "Azərbaycan Dəmir Yolları" QSC sədrinin birinci müavini Əlirza Süleymanov iştirak edib.

İclasda bildirilib ki,  dəmiryolçularının MHİRK-nə daxil olan ərizələrin böyük əksəriyyəti öz müsbət həllini tapıb. Son illərdə ərizələrin təhlili göstərir ki, MHİRK-in mütəxəssisləri tərəfindən iş planına əsasən aparılan yoxlamalar işçilərin əmək haqqı və müavinətlərin ödənilməsi üzrə şikayətlərin azalmasına səbəb olub. Hər bir şikayət ərizəsinin və şifahi müraciətin arxasında canlı insan amilinin olduğunu əsas götürərək, onların ərizələrinə və müraciətlərinə baxılmasında Departament, idarə və müəssisə rəhbərləri qanunvericilik aktlarına istinad edərək bu işə daha da məsuliyyətlə yanaşmalıdırlar.

Məruzə ətrafında "Naxçıvan Dəmir Yolları" MMC-nin sahə HİK sədri Eyvaz Əsgərov, İnfrastruktur Departamentinin rəisi Füzuli Quliyev, Yük daşımaları Departamentinin BHİK sədri Naib Quliyev, Sərnişin daşımaları Departamentinin BHİK sədri Vaqif Bədəlov çıxış edərək hesabat dövründə görülən işlərin qənaətbəxş olduğunu bildiriblər. Sonda MHİRK-in mütəxəssisi Nazim Behbudov III Plenumun müvafiq qərar layihəsini oxuyub.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR