Salatın Əsgərova küçəsinin bir hissəsi təmir edilib

Nəsimi rayonunda Təbriz küçəsinin ardınca Salatın Əsgərova küçəsinin də bir hissəsi təmir edilərək vətəndaşların istifadəsinə verilib.

"OLAYLAR"-a AAYDA-dan bildirilib ki, söhbət Salatın Əsgərova küçəsinin Ceyhun Hacıbəyli küçəsi və Azadlıq prospektləri arasında yerləşən 300 metrlik hissəsindən gedir.

Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadığı üçün və kommunikasiya xətlərinin çəkilişindən sonra yolun hərəkət hissəsində qabarma və dağılmalar yaranmışdı. Bu isə hərəkətdə müəyyən çətinliklərə gətirib çıxarırdı. Küçənin təmiri ilə bu nöqsanlar aradan qaldırılıb.

Təmir işləri zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, əvəzinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib. Bu işlər 4 minə yaxın kv.m sahəni əhatə edib. Bundan başqa təmir-tikinti işləri çərçivəsində mövcud piyada səkiləri bərpa olunub, zəruri yerlərdə yeniləri inşa edilib, kənarlarına isə 600 paqon-metr uzunluğunda yeni səki daşları düzülüb.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR