Lerikdə 28 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur

Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə əsasən ölkə əhəmiyyətli yollarla yanaşı, yeni kənd yollarının inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası uğurla davam edir.

"OLAYLAR"-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki,  onlardan biri də Lerik rayonunun Piran - Hamarat - Vjaker avtomobil yoludur.

Piran - Hamarat - Vjaker avtomobil yolu 26 km uzunluğa malik,torpaq və çınqıl örtüklüdür. Əsaslı şəkildə yenidən qurulmayan yolda qabaramalar  və çökmələr əmələ gəlmiş  və yol avtomobillərin  istismarı üçün  yarasız vəziyyətə düşmüşdür. Qeyd edək ki,yolun hərəkət hissəsinin  eni ərazilərdən  asılı olaraq  2.5-5 metr arası dəyişir. Sadalanan problemlər hərəkətdə,xüsusən payız-qış mövsümündə ciddi maneələrə səbəb olur. Bu səbəbdən  yolun yenidən qurulmasına zərurət yaranmışdır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yolun 20 km-lik hissəsi  4-cü texniki  dərəcəyə uyğun olaraq  asfalt-beton örtüklü, qalan 6 km-lik hissəsi isə 5-ci texniki dərəcəyə uyğun çınqıl örtüklə yenidən qurulur. Bunun üçün yolun mövcud torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılır, yatağın genişləndirilməsi üçün dağ yamacları xüsusi mexanizmlə kəsilir. Ardınca qazılmış və genişləndirilmiş hissələrə yararlı qrunt tökülərək kipləşdirilir. Bu işlərin həcmi 350 min kub.m-dən artıqdır.

Bu yolun yenidən qurulması ilə bağlı həyata keçirilən layihə sübut edir ki, ölkəmizdə avtomobil yollarının tikintisi və yenidən qurulması davamlı xarakter alıb. Bu tədbirlər vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsini göstərir.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR