Daha bir istiqamətdə hərəkət məhdudlaşdırılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə dairəsindən Müşfiq qəsəbəsinədək olan hissəsində üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

"OLAYLAR" -a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR