Tovuzda strateji həmiyyətə malik bir-neçə yol yenidən qurulur

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Tovuz rayonunda strateji əhəmiyyətə malik bir neçə istiqamətdə avtomobil yollarının yenidən qurulması işləri aparılır.

Agentlikdən "OLAYLAR"-a bildirilib ki, söhbət Əsrik Cırdaxan-Kirən-Baqqallı avtomobil yolundan, həmçinin Hacıhəsənli, Yanıqlı, Sofular, Saladinli kəndlərinə və düşərgəyə gedən giriş yollarından gedir.

Yolun  18 km uzunluğa malik Əsrik-Cırdaxan-Kirən-Baqqallı hissəsində yolun eni ərazilərdən asılı olaraq 4-6 metr arası dəyişir.Hazırda sözügedən hissə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən IV və V texniki dərəcəyə uyğun yenidən qurulur. Layihəyə uyğun olaraq  torpaq yatağının normativ eninin alınması üçün genişləndirilir, genişləndirilmiş ərazilərə yol boyu yararlı material tökülərək qrunt yayılır və kipləşdirilir, yeni yol yatağı inşa olunur. Bu işlər 60 min kub.m-dən çox həcmdə icra olunur.

Yolun  yararsız qruntunun qazılıb kənarlaşdırılması və  yolun V  texniki dərəcəyə uyğun yenidən qurulması üçün torpaq yatağı 2-4 metr genişləndirilir. Bunun üçün dağlıq ərazilərdə yolun normativ eninin alınması üçün yamacların və qaya tipli suxurların xüsusi texnika ilə kəsilməsi işləri də aparılır. Ümumilikdə bu işlərin həcmi 53min kub.m təşkil edir.

Tikinti işlərinin sonuncu mərhələsində  layihə boyu 176 ədəd yol nişanı və məlumatverici lövhə, km göstəricisi ,1715 ədəd siqnal dirəyi quraşdırılacaq.Yolun üfiqi nişanlanma xətlərinin çəkilişi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılacaq.

Avtomobil yolunun tikintisi 8 mindən çox əhalinin yaşadığı 11 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında mühüm rol oynayacaq. Bundan başqa, bu yolun inşası bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm rol oynayacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR