Bakı Dairəvi-1 avtomobil yolunda təmir işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Bakı Dairəvi-1 avtomobil yolunda (hər iki istiqamət üzrə) əyri-xətli dəmir tirlərin yol ayrıcında və yolun kənarlarında yenilənməsi işləri aparılır.

"OLAYLAR"-a Agentlikdən bildirilib ki, bu məqsədlə avtomibillərin hərəkəti iş gedən zolaqlar üzrə məhdudlaşdırılır.

Sürücülərdən sözügedən avtomobil yolu ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR