Paytaxtın bir neçə prospekt və küçəsində təmir işləri aparılır

Hazırda Bakı şəhərində və şəhər ətrafında bir-neçə ərazidə, Mir Cəlal, Əsəd Əhmədov, Təbriz və Məhəmməd Hadi küçələrində, Babək prospektində, həmçinin Xırdalan-Binəqədi, Buzovna-Mərdəkan, Lökbatan-Qızıldaş-Güzdək, Səngəçal-Çeyildağ, Mehdiabad-Pirşağı, Maştağa-Nardaran avtomobil yollarında təmir işləri aparılır.

"OLAYLAR" xəbər verir ki, bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR