Heydər Əliyev prospektində təmir-tikinti işləri yekunlaşıb

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək, paytaxt yollarında sıxlığın azaldılması istiqamətinə dövlət başçısının tövsiyyə və tapşırıqlarına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Heydər Əliyev prospektinin bir hissəsində təmir-tikinti işləri aparılıb.

"OLAYLAR"-a AAYDA-dan bildirilib ki, söhbət prospektin "Sabunçu yol qovşağı"ndan "Böyük Şor yol qovşağı"nadək olan hissəsindən gedir. Təmir-tikinti işləri aparılan ərazinin uzunluğu 2.1 km, eni isə ərazilərdən asılı olaraq 26-36 metr təşkil edib.

Prospektin sözügedən hissəsində intensiv hərəkət nəticəsində asflat-beton örtyünün üst qatında aşınmalar meydana gəlib. Bu üzdən asfalt-beton örtüyünün aşınma qatının yenilənməsinə ehtiyac var idi.

Təmir-tikinti işləri çərçivəsində yol boyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb. Daha sonra asfaltlanma işlərinə start verilib. Bu çərçivədə yola 2 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib. Asfaltlanma işləri ümumilikdə 100 min kv.m-ə yaxın sahəni əhatə edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR