Bakı-Minvodı sürət qatarı istifadəyə veriləcək

Bakı ilə Minvodı (Rusiya) arasında sürət qatarının istifadəyə verilməsi planlaşdılır. Əgər bununla bağlı lahiyə qəbul olunarsa, Minvodlı ilə Bakı arasında işləyəcək sürət qatarında gömrük-keçid baxışı birbaşa vaqonlarda aparılacaq. 

Yeni nəqliyyatın fəaliyyət göstərməsində təkcə Rusiya tərəfi deyil, Azərbaycan da maraqlıdır.

"Bu layihənin reallaşması hər iki istiqamətdə turist səfərlərinin artmasına şərait yaradacaq. Bu qatarların istifadəyə verilməsi turistlərin yolda vaxt itkisini azaldacaq. Belə ki, hazırda Stavropoldan Azərbaycan kurortlarına gələnlər avtomobillə ən azı 10 saat vaxt sərf edirlər", - deyə məlumatda qeyd olunub. Report

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR