Azərbaycanda Beynəlxalq Limanlar Assosiasiyasının illik konfransı keçiriləcək

Gələn ilin may ayında MDB məkanında ilk dəfə Beynəlxalq Limanlar Assosiasiyasının (IAPH) illik konfransı Azərbaycanda keçiriləcək. "OLAYLAR" -ın xəbərinə görə, "Gələcəyin limanları: Mərkəzlərin Yaradılması, Bağlılığın Sürətləndirilməsi" adı altında baş tutacaq konfrans bu sahədə tanınan dünya liman rəhbərləri, ekspertlər, logistika və daşımacılıq sahəsində çalışan yüzlərlə mütəxəssisləri Azərbaycana və Bakı Limanına cəlb edəcək. Ölkəmizə təşrif buyuran qonaqlar həm də odlar yurdunun ən səfalı guşələrinə səfər edəcək, xalqımızın adət-ənənələri, mədəniyyəti ilə tanış olacaq, qonaqpərvərliyimizi yaxından hiss edəcəklər.

Qeyd edək ki, Beynəlxalq Limanlar Assosiasiyası 1955-ci ildə yaradılıb və dünyanın 90 ölkəsinin 180 limanı bu qurumun üzvüdür. Qurumun illik konfransları böyük liman şəhərlərində keçirilir. Təşkilatın illik konfransları 2013-cü ildə ABŞ-ın Los Angeles şəhərində, 2014-cü ildə Avstraliyanın Sidney şəhərində, 2015-ci ildə Almaniyanın Hamburq şəhərində, 2016-cı ildə Panama Respublikasının Panama şəhərində, 2017-ci ildə İndoneziyanın Bali adasında keçirilib və 2018-ci ildə Azərbaycanda Bakı Limanının ev sahibliyi ilə və 2019-cu ildə Çinin tanınmış limanı Quanju şəhərində baş tutacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR