Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib 

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Xaləddin İsgəndərovun yanında Bakı-Tbilisi-Qars dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsindəki mövcud vəziyyətlə əlaqədar müşavirə keçirilib. "OLAYLAR" -ın xəbərinə görə, müşavirədə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndələr və Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyi iştirak ediblər.
RİH başçısı Xaləddin İsgəndərov müşavirəni açaraq bildirib ki, 2017-ci ilin oktyabr ayının sonunda Bakı-Tbilisi-Qars Dəmiryol xəttinin açılışı ilə əlaqədar olaraq, həmin dəmiryol xəttinin Binəqədi rayonunun ərazisindən keçən hissəsində dəmiryol xətti boyunca abadlıq və təmizlik işlərinin davam etdirilməsini diqqətə çatdırıb, bu işlərə aidiyyəti qurumları cəlb etməklə təxirəsalınmaz tədbirlərin görülməsi tapşırılıb.
Müşavirədə ətraflı fikir mübadiləsi aparılmış və təkliflər səsləndirilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR