Azərbaycanda 471 insan "yol terroru"nun qurbanı oldu

2017-ci ilin 8 ayı ərzində Azərbaycanda 1189 yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

K.Əliyev bildirib ki, baş vermiş yol qəzaları zamanı 471 nəfər ölüb, 1148 nəfər isə yaralanıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 142 hadisə, 19 ölüm, 261 xəsarət azalıb.

Hadisələrdən 392-si Bakıda qeydə alınıb və həmin qəzalarda 116 nəfər ölüb, 344 nəfər isə yaralanıb.

Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR