Şəhərdaxili marşrutlarda gediş haqqı ilə bağlı yenilik

"Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklər edilir. Milli Məclisdən  verilən məlumatına görə, qanunun 1-ci maddəsinə (əsas anlayışlar) yeni bənd əlavə olunur. Yeni bəndə əsasən, ödəniş aləti - şəhərdaxili (rayondaxili) müntəzəm marşrutlar üzrə sərnişin daşıyan avtobuslarda gediş haqqının elektron qaydada ödənilməsi üçün nəzərdə tutulmuş vasitə hesab ediləcək. Qanunun 28-ci maddəsində (Avtomobil nəqliyyatı ilə sərnişin daşınması müqaviləsi) edilən dəyişikliyə görə, gediş sənədlərinin (biletlərin) və ödəniş alətinin sərnişinlərə satışı, o cümlədən ödəniş alətinə vəsaitin yüklənməsi imkanı daşıyıcı və ya avtomobil nəqliyyatı ilə daşımaların təşkilatçısı tərəfindən təşkil edilə bilər.

Həmçinin qanunun 31-ci maddəsinə (sərnişinlərin əsas hüquqları) yeni bənd əlavə edilir. Yeni bənddə göstərilib ki, sərnişinlər ödəniş aləti əldə etməli və ona vəsait yükləməlidir. Qanuna ediləcək dəyişikliklər Milli Məclisin payız sessiyasının ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR