Avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir

Hazırda Bakı şəhərində "Azəravtoyol" ASC-nin balansında olan küçə və prospektlərdə, həmçinin Respublikanın avtomobil yollarında qeyri-sabit hava şəraiti ilə bağlı avtonəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir problem müşahidə edilmir. "OLAYLAR"-ın xəbərinə görə, bu barədə məlumatı Səhmdar Cəmiyyətin mətbuat xidməti yayıb. Bildirilib ki, cəmiyyətin duz-qum qarışığı səpən maşın-mexanizmləri ötən gün axşam saatlarından etibarən daha çox qar tutan və buzlaşan ərazilərə cəlb olunaraq həmin sahələr nəzarətə götürülüb. Gecə və səhər saatlarında buzlaşmış yollara duz-qum səpilməklə avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkəti təmin olunub. Axşam saatlarında yolların buzlaşma ehtimalı olduğundan maşın-mexanizmlər hazır vəziyyətdə saxlanılır, problemli ərazilər nəzarət altındadır. Atılan qabaqlayıcı addımlara baxmayaraq, sürücülərin də bu cür hava şəraitinə diqqətli olmalıdırlar. Onlardan xahiş olunur ki, nasaz avtomobillərlə, xüsusi ilə yay şinlər ilə (4 mövsüm) təchiz olunmuş avtomobillərlə yollara çıxmasınlar. Hər bir halda az təcrübəyə malik sürücülərin də yollara çıxması tövsiyə olunmur.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

DİGƏR XƏBƏRLƏR