Metro sərnişinlərinə şad xəbər



Metronun "Cəfər Cabbarlı" stansiyasının birinci yolunda aparılan təmir-bərpa işləri vaxtından əvvəl yekunlaşıb.

Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib:

"Dekabrın 7-dən "Cəfər Cabbarlı" stansiyasının birinci yolunu təmir-bərpa işlərinin aparılması məqsədilə təxminən 2 həftəlik bağlamışdıq. Lakin 2 həftəyə ehtiyac qalmadı. Yolu artıq sabahdan, yəni dekabrın 15-dən açırıq".

Qeyd edək ki, təmir-bərpa işlərinin 2 həftə davam etməsi planlaşdırılırdı və bu səbəbdən "Xətai" stansiyasına gedən sərnişinlər "Cəfər Cabbarlı" stansiyasının yalnız ikinci yolundan istifadə edirdilər.

 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR