Məhəbbət Vəliyeva: "Qafar Hüseynov xəstəliyə görə işə çıxmır"

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva 200 və 43 saylı Məktəb-lisey kompleksinin direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.  M.Vəliyeva jurnalistlərə bildirib ki, məktəb-liseyin direktoru hazırda sağlamlıq vəziyyətinə görə işə çıxmır.

Hazırda BŞTİ-nin əməkdaşı orada direktor vəzifəsini müvəqqəti olaraq icra edir: "Qafar Hüseynov tədris ilinin başlanmasına bir az qalmış əməliyyat olunub. Hazırda o, xəstəlik vəziyyətinə görə işə çıxmır. Lakin o, hələ də kompleksin direktor vəzifəsində qalır. Ona görə də valideynlərin narahatlığının heç bir əsası yox idi. Onun xəstəliklə bağlı bülleteninin nə vaxt bitəcəyi barədə məlumatımız yoxdur". M.Vəliyeva deyib ki, bu gün məktəb tam normal fəaliyyət göstəririr.

Qeyd edək ki, həmin məktəbin valideynləri direktorun işdən çıxarılmasına etiraz edərək aksiya keçirmişdilər. Trend.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR