Goranboyun Boluslu kəndində yanacaqdoldurma məntəqəsi açıldı

 

Goranboy rayonu, Boluslu kəndi ərazisində chr("39")chr("39")SOCAR" brendi altında fəaliyyət göstərəcək yanacaqdoldurma məntəqəsi istifadəyə verilib. "OLAYLAR"-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, Azərbaycan ərazisində sayca 25-ci olan YDM-də POS-terminallar, ən son model Yaponiya istehsalı olan yanacaqpaylayıcı kalonkalar, yanacağın satışına və çənlərin vəziyyətinə nəzarət edəcək müasir avtomat sistemlər quraşdırılıb. "Premium", "A-92" markalı benzin və "Dizel" tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 irit "Premium", "A-92" markalı benzin və "Dizel" tipli yanacaq məhsullarının satışını həyata keçiriləcək məntəqədə 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Bununla da 6 kiçik avtonəqliyyat vasitəsi və 4 iritutumlu yük maşınının eyni anda yanacaqla təmin edilməsi üçün şərait yaradılıb. 

YDM-in açılışında "SOCAR PETROLEUM" QSC-nin baş direktoru Toğrul Seyidov iştirak etmiş, bildirib ki, Azərbaycan ərazisində "SOCAR" brendi altında fəaliyyət göstərən YDM şəbəkəsi genişlənir və hazırda həmin məntəqələrin hər birində orta hesabla 45 nəfər çalışır. Açılış mərasimində tədbir iştirakçıları yanacaqdoldurma məntəqəsində yaradılan şəraitlə, YDM-in strukturu, iş otaqları, eləcə də burada tətbiq olunmuş müasir avadanlıqlarla tanış olublar.                 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR