İtkin düşən neftçilərin axtarışı davam edir

Dekabrın 15-də, səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yıığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub. Baş vermiş hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan digər 5 nəfər itkin düşüb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və chr("39")chr("39")Xəzər Dəniz Gəmiçiliyichr("39")chr("39") QSC-nin gəmiləri cəlb olunub. Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Həmçinin baş vermiş hadisə ilə əlaqədar Azneft İstehsalat Birliyində qərargah yaradılıb.

Qeyd edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti də hadisə ilə əlaqədar təxirəsalınmaz tədbirlər görüb. Belə ki, Qəza nəticəsində itkin düşənlərin axtarışı və xilas olunması məqsədilə Gəmiçiliyin "Lənkəran", "Vadim Seyidov" "Gültəkin Əsgərova", "Aura", "Qaradağ-8", "Qaradağ-4", "Ramiz Hacıyev", "Avior" və AXDG-yə məxsus, FHN tərəfindən idarə olunan olan "Vixr-5" və "Vixr-8" gəmiləri hadisə yerinə dərhal səfərbər ediliblər. Əməliyyatlara həmçinin AXDG-Caspian Marine Services Alyansının "Xudafərin", AXDG-BUE Caspian Alyansının "Caspian Pride" və "Caspian Provider" gəmiləri də cəlb olunublar. Hadisə ilə əlaqədar "AXDG" QSC-nin Böhran Qrupu SOCAR-ın və FHN-nin səlahiyyətli şəxsləri ilə daimi əlaqə saxlayaraq, xilasetmə əməliyyatlarında iştirak edən gəmilərin işlərini koordinasiya edir. Ancaq ağır hava şəraiti və güclü qasırğa qəza yerində xilasetmə işlərinin aparılmasını ciddi şəkildə çətinləşdirir.

Dövlət Dəniz Administrasiyası da baş vermiş hadisəni ətraflı dəyərləndirərək Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi tərəfindən dərhal bütün müvafiq təşkilatlar məlumatlandırılaraq, mümkün axtarış və xilasetmə əməliyyatları nəzərə alınmaqla yaxınlıqda olan gəmilər- "Gültəkin Əsgərova", "Vadim Seyidov", "Vixr-5" ilk öncə hadisə yerinə yönəldilmişdir.İkinci mərhələdə isə "Caspian Provider", " Caspian Pride" və "Lənkəran" gəmiləri qəzanın fəsadlarının aradan qaldırılması məqsədilə hadisə yerinə cəlb edib.

Bu arada dövlət başçısı təcili olaraq itkin düşmüş neftçilərin axtarışı ilə bağlı bütün müvafiq qurumların rəhbərlərinə göstəriş verib. Prezidentin Mətbuat Xidmətinin yaydığı məlumatda bildirilib ki, vəziyyətlə bağlı məlumatlar mütəmadi olaraq dövlətimizin başçısına məruzə edilir

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR