Şəkidə Almaniyanın KfW Bankının Azərbaycanda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirilib 

Şəki şəhərində Almaniyanın KfW Bankının Azərbaycanda səfərdə olan missiyası ilə görüş keçirilib. "Azərsu" ASC-nin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, görüşdə Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov, "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov, KfW bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt, Almaniyanın ölkəmizdəki səfiri Mixael

Kindsqrab, Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov iştirak edib. Tədbirdə Azərbaycan Respublikası hökuməti ilə Almaniyanın KfW Bankının birgə maliyyələşdirdiyi "Açıq Kommunal İnfrastruktur Proqramı II" layihəsinin icrası ilə bağlı müzakirələr aparılıb. Baş nazirin müavini Abid Şərifov Azərbaycanda həyata keçirilən içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələri barədə qonaqlara məlumat vermiş, bu sahədə beynəlxalq maliyyə qurumları, o cümlədən Almaniyanın KfW Bankıilə uğurlu əməkdaşlıq edildiyini diqqətə çatdırıb. Almaniyanın KfW Bankının Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə direktoru Eva Vitt bu əməkdaşlığı yüksək qiymətləndirərək təmsil etdiyi qurumun Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına bundan sonra da dəstək verəcəyini deyib. Görüşdə Gəncə və Şəki şəhərlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin mövcud vəziyyəti və növbəti mərhələdə həyata keçiriləcək tədbirlər geniş müzakirə edilib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR