Qalmaqallı rokçulardan İsraili qəzəbləndirəcək daha bir addım

İslandiyanı "Eurovision - 2019" mahnı müsabiqəsində təmsil edən "Hatari" rok qrupu qalmaqala səbəb olacaq daha bir addım atıb.

Təl-Əvivdə keçirilən yarışmanın finalında anidən Fələstin bayraqlarını açaraq nümayiş etdirən qrup yenidən İsraili qəzəbləndirəcək hərəkət edib. 

Belə ki, onlar İsraildə olarkən fələstinli müğənni Başar Muradla duet oxuyaraq klip çəkdiriblər. "Youtube"da yerləşdirilən "Klefi" adlı layihədə qrup üzvləri yenidən İsraillə düşmən olan ölkənin bayrağını qaldırıb, onlara dəstəyini bir daha nümayiş etdiriblər. 

Milli.Az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR