Könül Xasıyeva Bakıdan köçür

Xalq artisti Könül Xasıyeva Şəkiyə köçür.

"Olaylar"ın axsam.az-a istinadən məlumatına görə, xanəndə bu haqda "5/5" verilişində deyib. O bildirib ki, martın 17-də Heydər Əliyev Sarayında verəcəyi konsertdən sonra Bakıdan köçəcək:

"Yarım əsr yaşadım, daha bəsdir. Yaxşı və gözəl yaşadım. Konsertdən sonra köçəcəm rayona. Daha dağlar qoynunda yaşayacam. Hökümətimiz atamın rayondakı evini təmir edib, hər şəraiti var, rahatdı. Kazımla (oğlu - red.) birlikdə gedəcəm anamın yanına. Onu tək qoymayacam".

Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl atasını itirib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

DİGƏR XƏBƏRLƏR