“Anara dostları zərər verir…” - Keçmiş deputat

Son zamanlar şəxsi həyatı və yayılan videosu ilə gündəmdən düşməyən Anar Nağılbaz xəstəxanaya yerləşdirilib. Bu barədə rep ifaçısının atası, keçmiş deputat Rizvan Cəbiyev məlumat verib. 

O, "Xəzər maqazin"ə açıqlamasında oğlunun həkim nəzarətində olduğunu söyləyib:

"O qədər üstünə gəlirlər ki, səhhətində qəfildən problemlər yaranır. Bu dəfə həqiqətən də problemlər oldu. Vaxtı ilə müəyyən xidmətləri olmuş adamdır. Ona dostları, onu istəyən və istəməyən şəxslər daha çox zərər verir. İndi həkim nəzarətindədir. Yəqin ki, düzələcək". 

Qafqazinfo

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR