"Qanadlı möcüzə"nin uğuru

Olaylar.az gənc kinorejissor, İraqda keçirilən 5-ci Al-Nahj Beynəlxalq Film Festivalında "Ən yaxşı film" ("Qran-pri") mükafatına layiq görülən Zəhra Mirzə ilə olan müsahibəni təqdim edir.

- İraqda keçirilən və qalib olduğunuz festival haqqında məlumat vermənizi istərdik.

- Festival İraqın Kərbəla dövlət kanalının təşkilatçılığı ilə həyata keçirilən 5-ci Al-Nahj Beynəlxalq Film Festivalı bu il 3000 film göndərilmişdi ki, onlardan  56 film seçilmişdir. Festivalda 14 ölkədən iştirakçılar var idi. Festival bədii, sənədli və animasiya film kateqoriyalarına bölünürdü. Al-Nahj Beynəlxalq Film Festivalında indiyədək ən gənc iştirakçısı və Azərbaycanı təmsil edən yeganə iştirakçı mən idim. Festivalın "Ən yaxşı film" ("Qran-pri") mükafatına layiq görüldüm.

- Filminizin süjet xətti necə idi?

- "Qanadlı möcüzə" filmim 7dəqiqədir. Filmin ideyası heç bir sıxıntının, heç bir çətinliyin yaradıcılıq gücünə, daxili azadlığa qalib gələ bilməyəcəyi haqqındadır. Filmi öz tələbə təqaüdümlə çəkmişdim. Filmdə Əməkdar artist Bəhruz Vaqifoğlu, Fəxri mədəniyyət işçisi Kərəm Hadızadə və Zəhra Mehdizadə iştirak edib. Onlara xüsusi təşəkkürümü bildirirəm. Mənə təmənnasız yardım etdilər. Zəhra Mehdizadənin 9 yaşı olmağına baxmayaraq, rolunun öhdəsindən peşəkarcasına gəldi. Festivalda da hamı bu balaca qızın aktyor oyunundan danışırdı. Filmin prodüsseri Elşən Əli Nur, operatoru Vasif İbrahimov, ışıqçı Murad Məmmədov, rəng və montaj Dr.Nicat Zeynallı, rəssam Bahar Dəmirli, geyim üzrə Rəssam Əziz Məmmədov, qrim ustası Əməkdar incəsənət xadimi Elbrus Vahidov, musiqi və səs Rabil Səfərli, poster tərtibatı Orxan Bektaş idi.  Burdan bir daha hamısına təşəkkürümü bildirirəm. Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası filminin çəkilməsi üçün bizə məkan ayırdı.

- Filminizi daha hansı festivallara göndərməyi düşünürsünüz?

- Mənim üçün önəmli olan filmim daha çox insanlara qovuşmasıdır. Filmim Cayenne Short Film Festival, The Lift-Off Sessions Festival, Queer Asia Film Festival, Inshort Film Festival 2019 kimi 19 festivalda iştirak edib. Dogslaughter Film Festival, və 6-cı  İnternational Silk Road Film Awards, NanoCon International Film Festivallarında finalist olmuşdur. Aprel ayının sonu üçün isə  İranda keçiriləcək 9th Varesh International Film Festivalına dəvətliyəm.

- İraq kinosunun bu günkü vəziyyətini necə dəyərləndirərdiniz?

- Buna cavab vermək üçün İraq kino tarixini araşdırmalı və onların daha çox filmlərinə baxmalıyam. Amma ümumi olaraq deyə bilərəm ki, müharibə şəraitində yaşayan, dini bir mühitdə formalaşan bir cəmiyyət olaraq nələrsə etmək istəyirlər. Belə yüksək təşkilatçılığı olan bir festivalın keçirilməsidə buna misal ola bilər. Birdə ordakı tamaşaçı festival filmlərini böyük maraqla qarşılayırdılar. 

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR