Azərbaycan dövləti daima Gürcüstanda yaşayan azərbaycanlıları qoruyub

Zamanında da sözünü deyəcək

Regionda maraqlı proseslər cərəyan etməkdədir. Bir tərəfdən Dağlıq Qarabağ probleminin həlli istiqamətində diplomatik fəallıq artır, digər tərəfdən Azərbaycanın qonşu ölkələrində rəsmi Bakı ilə münasibətlərə xələl gətirməyə yönəlik cəhdlər edilir. Rusiyadan müəyyən zamanlarda Azərbaycan əleyhinə açıqlamaların verilməsi, Gürcüstanda Azərbaycana qarşı vuruşmuş erməni terrorçunun xatirəsinin əbədiləşdirilməsi və s. bunların bariz nümunəsidir. Baş verən proseslərlə bağlı "OLAYLAR"-a fikirlərini bildirən Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə İran ətrafında gedən proseslərə də toxunub.

-Məhəmməd bəy, Gürcüstan tərəfinin Azərbaycandan tərəfindən edilən etirazlara məhəl qoymaması və erməni terrorçunun abidəsinin götürülməməsi nəylə bağlıdır və bu məsələdə Gürcüstanda yaşayan soydaşlarımız nə dərəcədə fəal olmalıdır?

-Öncəliklə onu qeyd edim ki, Gürcüstanda Azərbaycana qarşı cinayətdə iştirak edən, terrorçu erməniyə abidə qoyulması, bu ölkədəki soyadaşlarımızın əsasən milli birliyinin və siyasi cəhətdən aktiv olmamasından irəli gəlir. Gürcüstanda azərbaycanlılar öz tarixi torpaqlarında yaşayırlar, bu ölkənin idarə olunmasında, siyasi həyatında fəal olmalıdırlar. Rəsmi Tiflis Borçalı mahalının adını dəyişdi, kəndlərin adları gürcüləşdirildi, toponim siyasəti aparıldı. Amma, burada azərbaycanlılar heç bir etiraz etmədi. Sonda bu da oldu, erməni canisinin abidəsi ilə üzləşdilər.

-Sizcə çıxış yolu nədir?

-Bu gün Gürcüstandakı müəyyən demokratik təsisatlar imkan verir ki, azərbaycanlıların öndə gedən ziyalıları partiya yaradıb, siyasi cəhətdən toparlansınlar. Siyasəti bu günə kimi alver predmetinə çeviriblər, bundan sonra bu kimi hallar olmamalıdır. İtirən siz olursuz, dəyərli soydaşlıarımız. Bu gün Gürcüstan parlamentində azərbaycanlı depudatlar var. Onlar soydaşlarımızın siyasi aktivliyinə dəstək olmalı, təşkilatçılıq işlərini aparmalıdırlar. Bu gün soydaşlarımız Borçalını tərk edib, ayrı-ayrı ölkələrdə məskunlaşırlar, biraz maliyyə cəhətdən vəziyyətləri yaxşılaşdı, yurdları yadlarına düşmür. 
 

-Rəsmi Bakının bu məsələdə mövqeyi nədən ibarət olmalıdır?

-Azərbaycan dövləti daima Gürcüstanda yaşayan azərbaycanlıları qoruyub, zamanında da sözünü deyəcək. Hər şeyi Azərbaycandan gözləməyin. Gürcüstan ayrı bir dövlətdir. Siz Gürcüstan dövlətinin vətəndaşlarısınız, probelmlərinizi bir olub, özləriniz həll etməlisiniz. Hər dəfə də Azərbaycan dövləti yanınızdadır, burada siyasi təşkilatlar sizə dəstək verəcək. Bundan sonra sizlər siyasi cəhətdən aktiv olun, təşkilatlanın, Rəsmi Tiflis sizlərlə hesablaşsın.

-Bu arada Birləşmiş Ştatların İrana qarşı təzyiqləri artmaqdadır. Artan təzyiqlər İranın region ölkələri ilə əməkdaşlığına hansı mənfi təsir göstərəcək?

-Cənub qonşumuz İran ətrafında Vaşinqton kifayət qədər çəmbəri daralmaqdadır. Rəsmi Tehran öz davamlı təhlükəsizliyini təmin etmək üçün Yaxın Şərqdə geosiyasi qarşıdurmalarda iştirak etdiyindən ABŞ tərəfindən beynəlxalq təzyiqlə üzləşməkdədir. Vaşinqton birmənalı olaraq Tehranı ballistik raketlərin istehsalını və sınağını, həmçinin nüvə fəaliyyətini ləğv etməyə, Suriya, İraq və digər münaqişəli ocaqlarda silahlı qruplaşmaları maliyyələşdirməməyi tələb edir.

Göründyü kimi iki ölkə arasında dərin problem var, bu problem regionda yeni hərbi-siyasi qarşıdurmalara yol açır. İranın regionda "qeyri-sabitləşdirici təsiri" ilə mübarizə səylərində ABŞ Varşavada fevralın 13-14-də Yaxın Şərqdə "sülh və sabitlik" mövzusunda konfrans keçirib, tədbiri anti-İran toplantısına çevirməyi planlaşdırır. Bu konfransa Rusiya, Çin və İran qatılmayacaq. Vaşinqton bütün parametrlər boyu İrana sanskiyaları genişləndirir və bu sankisyalar ölkə daxilində sabitliyi pozacaq qədər inkişaf edəcək.

-İran ətrafında gedən proseslər bu ölkənin daxilinə necə təsir göstərir?

-S on aylarda İranın Əhvaz və Bəllucistan regionlarında İran təhlükəsizlk qüvvələrinə qarşı silahlı hücumlar artıb. Bu onu göstərir ki, ölkə daxilində müəyyən silahlı quruplar fəaliyyətini genişləndirərək mütəşəkkil terror hücumlarını genişləndirəcəklər. Bu qrupların maliyyələşməsi əsasən Körfəzdən idarə olunur. Məqsəd İranı daxili problemlərə cəlb etmək, yaxın Şərqdən çıxarmaqdır.

-Belə çıxır ki, Vaşinqtonun əsas məqsədi İranı Yaxın Şərqdən çıxarmaqdır

-Bəli. Birləşmiş Ştatların xarici siyasətində əsas pioritet xətti İranı Yaxın Şərqdən çıxarmaq və daxili probelmlərə cəlb etməkdir. Bu istiqamətdə İsraillə Rusiya arasında da intensiv və konfedensial danışıqlar aparılır. Burada Rusiya da Suryada İranın güclənməsinə təhəmmül etmir. İsrailin mütəmadi İran obyektlərinə hava hücumlarının artması, birbaşa Moskvanın razılğı ilə həyata keçirilir.

Rusiya sanksiyaları yumşaltmaq şərti ilə İrana qarşı ABŞ və İsraillə əməkdaşlıq barədə danışıqlar aparır. Çox güman ki, Rusiya gizli şəkildə Suriyada İrana qarşı hücumları sakitcə seyr edəcək. Artıq İran rəsmləri Rusiyanın Suriyada İranın müttəfiqi olmadıqlarını qeyd edirlər. 
 

-Bəs. İrana qarşı hərbi əməliyyatlar mümkündür?

-İrana qarşı hərbi əməliyyatlar da istisna deyil. Hərbi əməliyyatlar başlayarsa, Ərəb koalisyası və ABŞ-İsrail ildırım sürəti ilə İranın bütün hərbi varlığını darmadağın edə bilər. Trampı əsas strategiyası İranı nokauta uğratmaqdır. Çox qorxunc ssenarilər hazırlanır. İranın deusturiktiv fəaliyyəti, Fars imperiya siyasəti dağıdıcı müharibəyə yol açır.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR