"Neftçi"nin legioneri: "Qarabağ"la oyunumuzun favoriti yoxdur" MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Kirilo Petrov klubun rəsmi saytının suallarını cavablandırıb.

"Report" xəbər verir ki, ukraynalı müdafiəçi müsahibəsində Azərbaycan Premyer Liqasının III turunda "Qarabağ"la səfər matçından da danışıb.

- Sizinlə Ukraynanın Müstəqillik Günündə söhbətləşirik. Bayramınız mübarək!

- Çox sağ olun! Mən də öz növbəmdə sizi və bütün Azərbaycan xalqını Qurban bayramı münasibəti ilə təbrik edirəm.

- Bayram günləri olsa belə, komanda fasilə vermədən "Qarabağ"la oyuna hazırlaşır. Bu qarşılaşmadan nə gözləyirsiniz?

- Məncə, çox baxımlı və maraqlı oyun olacaq. Azarkeşlər razı qalacaqlar.

- İndiki "Qarabağ" keçən mövsümdəki ilə müqayisədə çoxmu fərqlidir?

- Bəzi futbolçular "Qarabağ"ı tərk etsə də, oyun üslubu dəyişməyib. Güclü baş məşqçiləri var, heyət də əladır. Onların "Şerif"lə oyunlarına baxdım. Moldovalılar intizamlı oynayıb, qələbə qazandılar. Amma bu, o demək deyil ki, bizə daha asan və ya daha çətin olacaq.

- Oyunun favoriti kimdir?

- Bu görüşün favoriti yoxdur. Hər iki komanda meydana 3 xal üçün çıxacaq. Şanslar da bərabərdir.

- Müdafiənin mərkəzində siz daha çox Ruslan Abışovla oynayırsınız. Amma kapitan zədəli olduğu üçün "Qəbələ" ilə oyunda bu zonanı Anton Krivotsyukla bölüşürdünüz...

- Əvvəla, Ruslana tezliklə sağalıb, meydana qayltmağı arzulayıram. İkincisi, yaxşı ki, komandamızda Ruslanı əvəzləyə bilən futbolçular var. Düzdür, qiymətləndirmək biz futbolçuların yox, azarkeşlərin və mütəxəssislərin işidir, amma, məncə, "Qəbələ" ilə oyunda Antonla öz vəzifələrimizi yaxşı yerinə yetirdik.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR