Azərbaycan gəncləri öz gələcəklərini etibarlı əllərdə görmək istəyir

Elvin Hüseynov: "Ona görə də gənclər qarşıdan gələn seçkilərdə yekdilliklə cənab prezidentə səs verməli və dövlət başçısının ətrafında sıx birləşməlidirlər"

Aprelin 11-də ölkədə keçiriləcək prezident seçkilərinə hakim Yeni Azərbaycan Partiyasından hazırkı dövlət başçısı İlham Əiiyevin namizəd olaraq irəli sürülməsi çoxminli gənclər ordusu tərəfindən də müsbət qarşılanıb. Ölkə gənclərinin böyük əksəriyyəti bu qərardan məmnunluq ifadə edərək seçkilərdə bir daha cənab Prezident İlham Əliyevə səs verəcəklərini bəyan ediblər. Bu isə günümüzdə gənclərə dövlət tərəfindən ayrılan diqqət və qayğı ilə bağlıdır. Elə Gənclər Mərkəzi İctimai Birliyinin sədr müavini Elvin Hüseynov da bu qənaətdədir. Elvin Hüseynov müsahibəsində  hazırda ölkədə həyata keçirilən dövlət gənclər siyasəti, onun uğurlu nəticələri və gənclərin qarşısında duran vəzifələr barədə də danışıb.

-Elvin müəllim, məlum olduğu kimi aprelin 11-də ölkədə prezident seçkiləri keçiriləcək. Bir gənc olaraq bu seçkilərdən gözləntiləriniz nədən ibarətdir?

-Bildiyimiz kimi aprel ayının 11-də ölkədə  prezident seçkiləri keçiriləcək. Bununla bağlı olaraq mən də gənc həmyaşıdlarımı bu seçkilərdə cənab prezidentimizə dəstək olmağa və bundan sonra onun ətrafında daha sıx şəkildə birləşməyə, vahid olmağa dəvət edirəm. Mən bir gənc olaraq düşünürəm ki, Azərbaycan xalqı xüsusilə də Azərbaycan gəncləri öz gələcəklərini etibarlı əllərdə görmək, öz müstəqil siyasi xətti ilə dayanıqlı bir gələcək istəyirlərsə qarşıdan gələn seçkilərdə yekdilliklə cənab prezidentə səs verməli və dövlət başçısının ətrafında sıx birləşməlidirlər .

-Gənc olaraq ölkədə həyata keçirilən dövlət gənclər siyasətini necə qiymətləndirirsiniz?

-Bir ictimai fəal gənc olaraq ölkədə həyata keçirilən dövlət gənclər siyasətini çox müsbət qiymətləndirirəm. Bunun başlıca səbəblərindən biri budur ki, ölkə rəhbərliyinin, daima biz gənclərin yanında olan cənab Prezidentimiz və gənclərin mərkəzi icra orqanı olan Gənclər və İdman Nazirliyinin biz gənclərin üzərində daima öz qayğıları və diqqəti vard. Bildiyiniz kimi ötən il cənab prezidentin göstərişi ilə gənclər üçün bir neçə əhəmiyyətli hadisələr oldu. Bunlara misal olaraq Prezident Administrasiyasında Gənclər siyasəti və idman məsələləri şöbəsinin yaradılması, həmçinin cənab prezidentinin sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi, eləcə də digər hadisələri göstərmək olar. Dövlət Proqramının məqsədilərindən biri Azərbaycan Respublikasında gənclər siyasətinin daha səmərəli həyata keçirilməsinə nail olmaq, cəmiyyətin bütün sahələrində biz gənclərin fəal iştirakına şərait yaratmaq, gənclərin yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləməkdir. Bu bir daha göstərir ki, ölkə rəhbərliyi biz gəncləri daim diqqətdə saxlayır və bizim problemlərimizlə maraqlanır, onların aradan qaldırılması üçün əlindən gələni edir. Bundan əlavə bildiyiniz kimi 2011-ci ildə dövlət başçısı verdiyi fərmana əsasən Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu yaradılıb.Fond gənclərin hərtərəfli inkişafında və cəmiyyətin həyatında fəal iştirakını təmin etmək məqsədi ilə təsis edilib. Bundan əlavə il ərzində müəyyən kateqoriyalar əsasında qrantlar elan edilir. Sədr müavini kimi təmsil olunduğum "Gənclər Mərkəzi İctimai Biriyi"də elan edilən müsabiqələrdə daima iştirak edir. Gənclər Fondunun dəstəyi ilə biz ölkəmizin bir çox bölgələrində tədbirlər keçirmişik , bundan əlavə region gəncləri ilə daima sıx əlaqələrimiz olur. Biz daima regionlarda gənclərmizlə tədbirlərdə həmfikir oluruq, müzakirələr edirik, onların da bu tədbirlərdən kənarda qalmamasını və regionda olan gənclərin ölkə üçün necə əhəmiyyətli olduğunu daima bildiririk.

-Bu günlərdə, 2 Fevral-Gənclər günündə Gənclər və İdman Nazirliyi tərəfindən "İlin Gənci" mükafatına layiq görüldünüz. Bu uğuru necə dəyərləndirərdiniz?

- Artıq uzun illərdir ki, Azərbaycan gəncləri ölkənin ictimai-siyasi həyatında çox yaxından və aktiv şəkildə iştirak edir. Bunu əminliklə deyə bilirəm. Çünki bir Azərbaycan gənci olaraq mən də bu proseslərin canlı şahidiyəm. Gənclər istər gənclər təşkilatlarının daxilində, istərsə də ölkə daxili və xaricində olan tədbirlərdə könüllü olaraq fəaliyyət göstərir. Bunlara misal olaraq ölkədə keçirilən iri miqyaslı beynəlxalq tədbirləri, Bakı-2015 Avropa Oyunlarını , 2016 Formula-1 Avropa Qram-Prisini, Bakı-2017 İslam Həmrəyliyi Oyunlarını göstərmək olar. Eyni zamanda gənclər Azərbaycan Brendi olan "ASAN Xidmət" mərkəzlərində könüllü olaraq fəaliyyət göstərir və bir çox bilik bacarıqlara yiyələnirlər. Gənclərin ildən-ilə ictimai-siyasi həyatdakı aktivlikləri artır, daha həvəslə fəaliyyət göstərirlər və yeni-yeni gənclərdə bizim sıralarımıza daxil olur. Gün-gündən bizim sıramıza daxil olan gənclərin sayı durmadan artır. Bunun başlıca səbəblərindən biri də budur ki, il ərzində fəal olan gənclər diqqətdən kənarda qalmır. Buna misal olaraq Gənclər və İdman Nazirliyi tərəfindən "2 Fevral Azərbaycan Gənclər günündə "2017-ci ildə gənclər siyasəti sahəsində uğurlu fəaliyyətə görə" təltif edildim. Bu da onu göstərir Kİ, təmsil olunduğum və sədr müavini vəzifəsini icra etdiyim Gənclər Mərkəzi İctimai Birliyinin il ərzində olan fəaliyyəti, tədbirlərdə , ictimai şuranın iclaslarında iştirakı, müzakirələrdə fəallığı, həmçinin keçirdiyim layihələr daim diqqətdədir.

-İlin gənci olaraq həmyaşıdlarını necə görmək istəyirsən?

-Həmyaşıdlarımı daha aktiv görmək istəyirəm. Çünki bütün irimiqyaslı dövlət və beynəlxalq tədbirlərin əsas komandası könüllülərdən ibarətdir. Bunu da qeyd etmək lazımdır ki, könüllülərin yarışlarda və layihələrdə əldə etdikləri bilik bacarıqlar onların gələcək iş həyatlarında əvəzsiz töhfələr verəcək. Hansı ki, könüllülər  xaricdən gələn qonaqları ilk anlarından Hava Limanından qarşılayır və digər könüllü yoldaşlarına ötürür. Bir daha qeyd edirəm ki, gənclər aktiv olmalıdırlar. Çünki xaricdən gələn qonaqları ilk onlar qarşılayır, ilk və daimi müddət ərzində onlarla əlaqədə olur, müxtəlif suallar ətrafında danışırlar. O zaman onlar Azərbaycan həqiqətləri barədə, 1918-ci ildə baş verən kütləvi soyqırım, Xocalıda və 20 Yanvarda əliyalın dinc sakinlərə qarşı edilən amansızlıqlar barədə məlumat verməli,  Azərbaycanın sağalmaz bir yarası olan Dağlıq Qarabağ, İrəvan , Zəngəzur və s. əzəli və əbədi olan torpaaqlarımız barədə məlumatlandırmalıdırlar. Sarı gəlinimiz , tarımız , qavalımız, dünya şöhrətli olan muğamlarımız barədə məlumatlar verməlidirlər. Bundan əlavə "ASAN Xidmət" mərkəzlərində könüllü olan zaman bir çox vərdişlərin öyrənilməsinə can atmalıdırlar ki, hansı ki cənab prezident bunu hər bir çıxışındə daima vurğulayır.  Vətəndaş məmur münasibətlərini 0-a endirimək , Korrupsiya hallarının qarşının alınması və yox dərəcəsinə gətirilməsi , xidmət zamanı operativliyin və peşəkarlığın artırılması. Çünki indi ictimai-siyasi fəaliyyətdə aktiv olan gənclər gələcəkdə Azərbaycan Respublikasına xidmət edəcək dövlət qulluqçuları, elm xadimləri, incəsənət nümayəndələri olacaqlar.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR