Çinarə Məlikzadənin eks-əri GİZLİNLƏRİNİ AÇDI: "Gecələr bir az..."

İnstaqramda paylaşdığı kəskin satiraları sayəsində böyük populyarlıq qazanan Əlibəy Məmmədli dünən ssenari müəllifi olduğu və baş rolda oynadığı "Qulyabanı" filmini təqdim edib. "Kara Sevda"nın "Emiri" Kaan Urqancıoğluna bənzəməsi ilə də tanınan aktyor filmlə bağlı suallarımızı cavablandırıb.

Aktyor, ssenarist və satirik Əlibəy Məmmədlininmüsahibəsi.

- "Qulyabanı" filmini çəkmək ideyası necə yarandı? Bir neçə il əvvəl Ağdaşın Qoşaqovaq kəndində qəribə məxluqların görünməsi ilə xəbərlər yayılmışdı. Ssenarini qələmə almağınızda bu hadisələrin təsiri olubmu?

- Bəli, paranormal hadisələrdən təsirlənərək yazmışam. Əslində ideyanı Mürsəl Mahmudov mənə verdi. Onunla birlikdə oturub söhbətləşdik, nəticədə Azərbaycansayağı qulyabanı ortaya çıxdı.

Bu film nə ilə fərqlənəcək? Sizcə, tamaşaçıların zövqünü oxşayacaq?

- İndiki dövrdə insanları təəccübləndirmək bir az çətindir. Azərbaycan tamaşaçısını təəccübləndirmək üçün kino sahəsi ilə məşğul olan adamların zamana ehtiyacı var. Hər halda inanıram ki, uğurlu olacaq.

"Qulyabanı" filmi ilə tamaşaçılara nəyi göstərməyə çalışmısınız?

- Dürüst olmağı, əgər insanlar bir-birinə qarşı dürüst ola bilsə, həyatları qaydasında gedəcək. "Qulyabanı" burada simvolik məna daşıyır.

Siz həmişə və hamıya qarşı dürüst ola bilirsiniz?

- Çalışıram ki, güzgü kimi olum.

Image result for elibey memmedli instagram

- Babanız Bayram Məmmədov xanəndə olub. Siz də gələcəkdə musiqi fəaliyyətilə məşğul olmağı planlaşdırmırsınız ki?

- Babam klassik xanəndələrdən idi, Seyid Şuşinskinin tələbəsi olub. Filmlərdə ehtiyac yaranarsa, aktyor kimi xırda nələrsə ifa edə bilərəm. Amma akademik səviyyədə səsim yoxdur, müğənni olmağı heç vaxt ağlımdan keçirməmişəm.

- Bizdə komediya filmləri daha çox çəkilir. Sizcə, gülüşə və komediyaya bu qədər ehtiyac varmı?

- Azərbaycan filminin tarixi elə komediyanın üzərində qurulub. Məsələn,"Bəyin oğurlanması", "Yol əhvalatı", "Əhməd haradadır?" və s. Biz sovet dövründə də drama az yer vermişik. Yavaş-yavaş dram filmləri çəkilməyə başlanıb.

Hazırda dram filminin üzərində çalışıram, "Siçan-Pişik" adlanır. İnşallah, gələn il ekranlara çıxacaq. İnanıram ki, bu ekran işi ilə Azərbaycan kinosuna az da olsa, yenilik gətirə biləcəyik.

Mirzə Ələkbər Sabir sevdiyiniz şair, Oşho isə sevdiyiniz müdriklərdən biridir. Tamamailə ayrı istiqamətlərdir. Hansında daha çox rahatlıq tapırsınız?

- İkisi də mənəvi dostlarımdır. Həqiqət birdir! İstiqamətləri ayrı olsa da, mahiyyətləri eynidir.

- Meditasiya ilə məşğul olursunuz?

- Yox, fikrimcə, sağlam həyat tərzi elə meditasiya deməkdir.

Sağlam həyat tərzi sürürsünüz?

- Bəli, sadəcə işlərdən dolayı gecələr bir az yuxusuz qalıram.

Image result for elibey memmedli instagram

Oşho fəlsəfəsində irəli sürülür ki, insanlar ancaq kiməsə zərər vermək və ya pis bir iş görmək istəyəndə gücə ehtiyac duyur. Rahat və xoşbəxt yaşamaq üçün sadəcə sevgi və mərhəmət hissi kifayətdir. Necə düşünürsünüz sevgi və mərhəmət hissinin olması insana həyatda xoşbəxtlik gətirir?

- Xoşbəxtlik nisbi anlayışdır. Bütün insanlar xoşbəxtlik axtarır, amma onun nə olduğunu özləri də bilmirlər. Əslində xoşbəxtlik burada və olduğun andan ibarətdir.

Seçdiyiniz peşə sizə mənəvi cəhətdən kamilləşməyə kömək edir? Bu yolda vasitəçi ola bilir?

- Yaradıcılıq insanı kamilləşdirmir, sadəcə sən ömür boyu kamillik yolunda olursan.

- Güzgünün qarşısına keçəndə özünüzə hansı iradlarınızı olur? Heç olubmu ki, güzgünü sındırmaq istəyəsiniz?

- Güzgüdəki adamla yola getmirəm. Gündə 10-15 dəqiqə özümə vaxt ayırıram ki, özünütənqidlə məşğul olum, başqalarına imkan qalmasın.

- Özünüzü ədəbiyyata, yoxsa kinoya aid edirsiniz?

- İkisi də yaradıcı sahədir, ikisi də doğmadır, onları ayırmıram.

- Azərbaycan ədəbiyyatına hansı töhfələr vermisiniz?

- Töhfə verdiyimi düşünmürəm, ümumiyyətlə, belə bir iddia il çıxış etmirəm. Mən də, yaşıdlarım da müəyyən yaş dövrünə qədər eksperimentlər etməli, çalışmalı və əziyyət çəkməliyik ki, bəlkə gələcəkdə ədəbiyyatda nəsə iz qoya bildik.

Kitab çıxartmağı düşünürsünüzmü?

- Hələ özümü hazır hiss etmirəm, gözləyirəm. Şeirlər özü nə vaxt desə ki, "Məni kitab et", o zaman bunu edəcəm.

Keçmişiniz sizi daha çox narahat edir, yoxsa gələcəyiniz?

- Heç biri. Keçmiş keçmişdə qalıb. Çalışıram ki, sabahı da çox düşünməyim. Çünki sabahı düşünərək insan bu gününü də itirir.

- Məşhurlaşmağınızda və sevilməyinizdə zahirən Kaan Urqancıoğluna bənzəməyinizin rolu olub?

- Dünyanın ən məşhur Hollivud aktyorları ümumiləşmiş prototiplərdir. Fikir versəniz, görərsiniz ki, bir çox ölkələrin ən məşhur aktyorları bir-birinə oxşayır. Məsələn, Amerikanın Bred Pitti varsa, Türkiyənin də Kıvanç Tatlıtuğu var. Bizdə də Cövdət Şükürova Bred Pitt deyirlər (gülür).

Image result for əlibəy məmmədli

Kaan Urqancıoğlunu bəyənirsiniz? Aktyor kimi oxşar cəhətləriniz var?

- Onu serialda yox, filmdə tanımışam. Peşəkar aktyordur.

Image result for emir kara sevda

- Satira müəllifin hadisə və adamlara gülüş, habelə qınaq yaradan münasibətinin daha sərt obrazıdır. Satiranın yumordan fərqi odur ki, o açıq tənqid, rəqib və düşmən sözü kimi deyilə bilir, öz obyektini ifşa niyyəti daşıyır. Sizcə, oxucular satiralarınızda ifşa obyektlərində kimləri nəzərdə tutduğunuzu başa düşür?

- Oxucular hələ ki, sadəcə zövq alırlar...

- Sizi həm də dövrümüzün Sabiri adlandırırlar. Yəqin ki, bu ada layiq olmaq asan deyil...

- Məncə, Sabir istəməzdi ki, ikinci bir Sabir olsun. Dünyada hər hansı bir adamın ikincisinə ehtiyac yoxdur. Əlibəy ola bilsəm, bu, mənim üçün böyük nailiyyət sayılar.

Satiralarınızda kimləri tənqid edə bilmirsiniz?

- Mövzuya özüm qərar vermirəm, bu, şüurlu şəkildə əvvəlcədən seçilmir. Şeirin mövzusu özü-özlüyündən doğur. Müxalif insan deyiləm. Ümumiyyətlə, heç kimə qarşı çıxmıram, sadəcə maarifpərvərəm.

- Sizi bu qədər kəskin şeirlər yazmağa vadar edən səbəblər nədir, dərdləriniz çoxdur?

- Kimin dərdi yoxdur ki. Əsas odur ki, dərdləri çəkməyi bacarasan.

- Siz bu yükü çəkə bilirsiniz?

- Əlbəttə.

- İşdə daha çox bəxtiniz gətirib, ya şəxsi həyatda?

- Bəxtə inanmıram.

- Sizcə, ailə qurmaq üçün insan özünü hazır hiss etməli, ya dəlicəsinə vurulmalıdır?

- Ailə həyatına əvvəlcədən hazırlaşa bilməzsən, evlilik ani verilən qərardır.

"Qızım" şeirində xanımların dar və açıq geyinməsinə özünəxas formada etiraz bildirmisiniz.

- Tənqidi mən etməmişəm, ata obrazının dilindən danışmışam. Çünki qızların geyim tərzindən narazı olan atalar çox görmüşəm. Gördüklərimi də şeirə çevirmişəm. Mənlik heç nə yoxdur.

Məşhur aktyor Kinao Rivz bir müsahibəsində demişdi ki, o, həyat yoldaşlarının yüngül əxlaqlı qadınlar kimi geyinməsinə razı olan kişilərin yaşadığı dünyanın bir hissəsi olmaq istəmir. Hesab edir ki, qadının gizli tərəfləri də qalmalıdır. Bəs bu məsələ sizi narahat edir?

- Bu, keçid dövrü ilə bağlıdır. İnkişafda olan ölkələrdə belə halların baş verməsi normaldır.

- Sevgi tarixçələri ədəbiyyatda da, ekranda da çox gözəl görünür, amma həyatda məhəbbət həmişə faciə ilə bitir...

- Bəli, həyatda insanlar bir-birindən sevgi dilənir. Kimdənsə sevgi dilənmək bizim ən uduzduğumuz andır.

- Ümid edirəm ki, növbəti sualım sizi qəzəbləndirməz. Keçmiş həyat yoldaşınız Çinarə Məlikzadə... (sualı yarımçıq kəsir)

- Bu barədə danışmaq istəmirəm.

Yenidən ailə qurmağı düşünürsünüz?

- Həyatımı əvvəlcədən planlaşdırılmış şəkildə yaşamıram. Çünki düşüncələr rol oynamır, hisslər özü səni aparır... İnsan gərək ürəyinin səsini dinləyərək qərar versin. Hamıya məsləhət görürəm ki, ürəklərinin səsini eşitsin, ağıllarının gurultusunu yox.

Ürək həmişə düzü pıçıldayır?

- Ola bilər ki, bəzən hadisələrin gedişatı pis nəticə versin. Amma onu da unutmaq olmaz ki, uğurlu insanlar səhvləri sayəsində daha yaxşı ola bilən insanlara deyilir. Onsuz da səhvlərdən qaçmaq mümkün deyil, keçimişi də dəyişə bilməzsiniz. Odur ki, həyatda idarəedilə bilinməyən hadisələrə görə narahat olmağa dəyməz.  Publika.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR