Müxalifət yekcins deyil və siyasi palitra çoxçalarlıdır

Əli Oruclu: "Hamını bir yerə yığmaq mümkün deyil"

Aprel ayında ölkədə növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə qərar müxalifət düşərgəsində soyuq duş effekti yaradıb. Seçkilərin oktyabr ayında keçiriləcəyini düşünən müxalifət hazırlıqları ona uyğun planlaşdırıb, hələlik bu istiqamətdə heç bir fəallıq göstərmədiyi halda, seçki vaxtının dəyişdirilməsi bu düşərgədə ciddi narahatçılıq yaradıb. Artıq bir sıra partiyalar seçkilərlə bağlı qərarlarını da açıqlayıblar. Ancaq maraqlıdır ki, bir qayda olaraq ölkədə keçirilən bu və ya digər seçkidə iştirak tərəfdarı olan Azərbaycan Milli İstiqlal Partiyası bu barədə nə düşünür? Partiyas seçkilərə öz namizədi ilə gedəcəkmi? Bu və ya digər suallarla partiyanın Mərkəzi Şurasının üzvü Əli Oruclu ilə söhbətləşdik. Əli Oruclu cari il ərzində təmsil etdiyi partiyanın qurultayının keçirilib-keçirilməyəcəyinə də aydınlıq gətirdi.

-Əli bəy, məlum olduğu kimi bu il seçki ilidir. Öncə sualımn belədir, AMİP seçkidə iştirak edəcəkmi və partiyanın namizədi varmı?

Bildiyiniz kimi Azərbaycan Milli İstiqlal Partiyasının qərarlarını kollegiyal qurum verir. İstər seçkilər olsun, istərsə də ümumilikdə ölkədə gedən proseslərə fərqli münsibət var. Son qərar partiyanın kollegial və seçkili qrumlarının səlahiyyətindədir.

-Bir partiya olaraq seçkidən gözləntiləriniz nədən ibarətdir?

- Azərbaycan Milli İstiqlal Partiyası ölkədə zəngin seçki təcrübəsi olan partiyadır. Seçki kampaniyalarına bir çox yeniliklər gətirmişik. 1995-ci il parlament, 1998-ci il prezident seçkilərində ciddi nailiyyətlərimiz olub. Digər seçkilərdən də yüksək nəticələrlə çıxmışıq.

-Hər seçki zamanı müxalifətin vahid namizəd məsələsi gündəmə gəlir. Bu dəfə necə, vahid namizəd məsələsi ətrafında müzakirələr gedə və müsbət nəticə əldə oluna bilərmi?

-Münbit, əlverişli mühiti olmadan müxalifətin vahid namizədlə, yaxud da hansısa digər formatlarda iştirakı uğurlu nəticə vəd etmir. Bu təcrübə dəfələrlə özünü göstərib. Digər tərəfdən müxalifət yekcins deyil və siyasi palitra çoxçalarlıdır. Hamını bir yerə yığmaq mümkün deyil. Fərqli ideyaların, fərqli maraqların, müxtəlif baxışlrarın və ideologiyaların daşıyıcısı, eləcə əksətiyyətinin hakimiyyətdaxili güclərin dəstəyindən asılı olan müxalifət düşərgəsini bir namizəd ətrafında toplamaq zatən çox çətindir. Heç alınan da deyil. Buna normal da baxmaq olar. Lakin normal olmayan odur ki, bəzi müxalifətçi dostlarımız özlərini artıq qalib görməkdədir. İndi nə 2003-cü, nə də 2008-ci il deyil. Dünyada, regionda və Azərbaycanda çox ciddi dəyişmlər baş verib. Reallıqlar, daxili və xarici şərtlər təhlil edilmədən, yenidən görüntü xatirinə müxalifətin seçkilərdə iştirakı effektsizdir və bu hal əksinə iqtidarın xeyrinədər. Bir daha demək istəyirəm ki, müxalifə düşərgəsi, ziyalılar, ictimaiyyətin nümayəndələri, ümumilikdə cəmiyyət bütün gücünü səfərbər edib seçki öncəsi sağlam rəqabət mühiti yaratmalıdır. Bundan sonra seçkilərdə kim qalib gələcəksə, digər tərəflər sivil cəmiyyətlərdəki kimi qalibin əlini sıxıb, öz məğlubiyyətini qəbul edəcək. Belə olan halda Azərbaycan udacaq. Əks təqdirdə ölkədə gərginlik daha da artacaq. Siyasi qüvvələr arasında qarşıdurmalar və düşmənçilik hissi daha da artacaq. Bu isə arzuolunmaz və təhlükəlidir.

-Bəzən haqlı olaraq belə bir fikir səslənir ki, AMİP özünə sədr seçə bilmir və belə olan halda prezidentliyə namziədi necə müəyən edə bilər. Bu kimi irad və ittihamları necə qarşılayırsınız?

-Hər kəsin fikirlərinə hörmətlə yanaşıram. Biz bu kimi haqsız irad və ittihamlarla çox qaşılaşmışıq. AMİP-in Nizamnaməsinə görə partiya kollegiyal şəkildə idarə olunur və qərarlar da məhz kollegial qəbul edilr. Partiyanın cari fəaliyyətini icra qurumu olan Katiblik həyata keçirir. Ona görə də sədrin olmaması idarəçilikdə və qərarların qəbulunda ciddi problemlər yaratmır. Doğrudur, sədrin olmaması fəaliyyətimizdə müəyyən çətinliklər yaradır. Lakin sədri Partiyanın ən ali orqanı olan Qurultay seçir. Bunun üçünsə Mərkəzi Şura toplanıb, Qurultayı çağırmalıdır. Qurultayın tərkibi tam formalaşdırılıb, texniki məsəslərin həlli də hesab edirəm ki, o qədər zaman almayacaq. Nəzərinizə onu da çatdırım ki, AMIP-in Qurultayları təkcə sədr seçmək üçün çağırılmır. Adəti üzrə partiyanın qurultayları ölkənin ictimai-siyasi proseslərini kökündən dəyişib, yeni çalarlar gətirib. Təkcə partiyanın həyatı üçün deyil, ictimai-siyasi həyatımızda önəmli rol oynayıb. Bu il Azərbaycan üçün çox ciddi hadisələrin olacağı ehtimal olunur. Düşünürəm ki, bu hadisələrdən biri də AMİP-in keçiriləcək qurultayı və qurultaydan çıxan qərarlar olacaq. Partiyanın prezident seçkiləri ilə bağlı qərarı da dərin təlil və müzakirələrdən sonra veriləcək. Tələmtələsik qərarlar vermək bizlik olmayıb.

-AMİP lideri Etibar Məmmədov prezident seçkilərində iştirak edəcəkmi?

-Etibar Məmmədovun president seçkiləri marafonunda iştirakı şəxs olaraq onun öz qərarına bağlıdır. Əgər seçkilərdə iştirak etmək qərarına gəlsə AMİP daha geniş formatda onun namizədliyini dəstəkləyəcək.

Füzuli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR