Ciddi xəstəlik – Piylənmə

Bu gün dünyada, eləcə də ölkəmizdə bir çox insanlar artıq çəkidən əziyyət çəkir. Zamanında sağlam həyat tərzinə müraciət etmədikdə artıq çəki piylənməyə səbəb olur ki, bu da insan sağlamlığında müəyyən fəsadlar yaradır. Piylənmədən əziyyət çəkən şəxslər çox zaman bariatrik cərrahiyyəyə müraciət edirlər.

Olaylar.az Azərbaycan Bariatrik və Metabolik Cərrahlar Assosiasiyasının üzvü Taryel Ömərovla olan müsahibəni təqdim edir.

- Piylənməni xəstəlik adlandıra bilərikmi?

- Piylənmə bir sağlamlıq problemidir. Bazal maddələr mübadiləsinin pozulması nəticəsində dərialtı yağ hüceyrələrində həddindən artıq triqliseridlərin depolaşması ilə formalaşan adipoz (piy) toxuma çoxalmasına bağlı çəkinin artmasıdır. Keçmişdə davranış pozğunluğu kimi, artıq çəki də xəstəlik olaraq qəbul edilir. Köklük xəstəliyinin bir çox tərifi ola bilər. Ancaq ən çox yayılan bədən kütlə indeksi adı ilə tanınır.

Əmələ gəlmə səbəblərinə görə alimentar, endokrin, serebral piylənmə qeyd olunur. 1. Alimentar piylənmə - çox qidalandıqda baş verir. 2. Endokrin piylənmə - hormonal disbalans nəticəsində baş verir. 3. Serebral piylənmə - baş beyin qabığının funksional və üzvü zədələnməsi nəticəsində baş verir. Onun müasir farmakologiyada müəyyən dərman maddələrinin qəbulundan sonra yaranan forması da ayırd edilir. Piylənmənin 3 dərəcəsi ayırd edilir: I dərəcədə çəkinin normadan 10-29 % artıq olması, II dərəcədə çəkinin normadan 30-49% artıq olması, III dərəcədə çəkinin normadan 50-99% artıq olması. Piy toxumasının morfologiyasına görə hiperplastik və hipertrofik formaları ayırd edilir. 1-də piy toxumasının umumi həcmi, 2-də isə piy hüceyrələrinin artması qeyd olunur. Bu zaman ilk növbədə maddələr mübadiləsi pozulur. Və iştah və çəki sürətlə artır. Daxili orqanların funksiyaları getdikcə pozulur. Bu durumdan əziyyət çəkən insanların dərisi gərilir, nahamarlaşır. Xəstədə təngnəfəslik, ürəkdə problemlər yaranır, bağırsaqların peristaltikası pozulur, xroniki qəbizlik və hemorroy inkişaf edir, öddaşı xəstəliyi meydana çıxır, eləcə də böyrəklər və qara ciyər zədələnir. Piylənmə ilə bağlı problemi olanlar ilk öncə dietoloqa müraciət edib sağlam qidalanma və idman proqramına əməl edin.1 il müddətində sağlam qidalanma və idman proqramına əməl etməyinizə baxmayaraq kilo verə bilmirsizsə cərrahi əməliyyat dəyərləndirilir

- Bu hal kişilərdə, yoxsa qadınlarda daha çox müşahidə olunur? 

- 188 ölkədə  piylənmənin yüksək səviyyədə olduğu müşahidə olunur. Bu siyahıda əsas ölkələr ABŞ , Çin və Rusiya olduğu müəyyənləşib. Piylənmə və həddindən artıq çəki alanların sayının artıq 2.1 milyarda çatdığı bildirilir. Bu da dünya əhalisinin 30 faizinə bərabərdir.

Artıq çəki xəstəliyinin inkişaf etmiş ölkələrdə ən yüksək nisbətlə müşahidə olunduğu halda , dünyada 671 milyon artıq çəkili insanların yarıdan çoxu ABŞ, Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, Misir, Almaniya, Pakistan və İndoneziyada yaşadığı qeyd olunub. Qərbi Avropada yüksək piylənmə nisbətinin müşahidə olunduğu İngiltərədə kişilərin 67 faizi, qadınların da 57 faizi piylənmə və ya həddindən artıq çəki almadan əziyyət çəkdiyi araşdırmada qeyd olunub. Eyni zamanda inkişaf etməkdə olan ölkələrdə piylənmədən əziyyət çəkən qadınların sayının kişilərdən, inkişaf etmiş ölkələrdə isə piylənmədən əziyyət çəkən kişilərin sayının qadınlardan daha çox olduğu müəyyənləşib. Bill və Melinda Qeyts təşkilatı tərəfindən maliyyələşdirilən araşdırmada, Yaxın Şərq və Şimali Afrika ölkələrində kişilərin təxminən 60 faizinin , qadınların isə 65 faizinin həddindən artıq çəkili olduğu müəyyənləşib. ABŞ-da isə piylənmə və artıq çəkili insanların sayı bütün ölkələri geridə qoyaraq, əhalisinin təxminən 13 faizində bu hal müşahidə olunur.

- Son zamanlar uşaqlarda da bu cür hallara tez -tez rast gəlirik. Sizcə, valideynlər nələrə diqqət yetirməlidirlər?

- İlk öncə unutmayaq valideynlərdən hər hansı biri piylənmədən əziyyət çəkirsə uşaqda da piylənmənin olma ehtimalı  80 %-dir. Uşaqlarda piylənmə kalorili qidalarla və ayaqüstü qidalanmadan, az hərəkətlilikdən, şirin qazlı içkilərdən hədsiz istifadəsi zamanı baş verə bilir. Uşaqlarda və yeniyetmələrdə piylənmə ciddi xəstəliklərdən hesab edilir. Mütəxəssislər uşaqlarda piylənmənin olmasının təhlükəli hesab edirlər. Onların fikrincə yeniyetmə yaşına qədər piylənmə uşaqların normal inkişafı üçün təhlükli sayılır. Piylənmə uşaqların inkişafını ləngidir. Piylənmə ilə böyüyən uşaqlarda müxtəlif xəstəliklərin, o cümlədən endokrin sistem xəstəliklərinin əmələ gəlmə riskinin böyük olduğunu söyləyirlər. Belə ki, piylənməsi olan uşaqlarda şəkərli diabet, arterial təzyiq, qanda xolesterolun miqdarının artması baş verə bilir. Piylənmə uşaqların psixologiyasına da mənfi təsir edir. Piylənmədən əziyyət çəkən uşaqlar özünə qapalı olurlar və tez depressiyaya düşürlər. Uşaqlarda piylənmə ilə mübarizə aparmaq üçün bütün ailə üzvlərinin onunla birgə əmək sərf etməsi lazımdır. 

- Mədəkiçiltmə əməliyyatları ilə bu problem öz həllini nə dərəcədə tapır?

- Əslində Bariatrik cərrahiyyə adı altında meydana gələn bu əməliyyatlar tək mədəkiçiltmə əməliyyatından ibarət deyil. Qeyd olunan əməliyyat növü digər bu tip əməliyyatlarla müqayisədə ən cavan metodlardan hesab olunur. Lakin anatomik-fizioloji baximdan ən uygun və aparılmasaın görə ən sadə əməliyyat olduğu üçün getdikcə populyarlıq qazanan bir əməliyyat növüdür.

İlk dəfə  piylənmədən əziyyət çəkən xəstə üçün "mədəkiçiltmə" əməliyyatı həyata keçirilir.

"By-pass" üsulları isə çox nadir hallarda və yalnız bədən kütlə indeksi 60-ın üstündəki (super piylənmə), ya da uzun müddətdir insulin alan amma insulin rezervləri tükənməyən tip 2 diabet xəstələrində istifadə edilir. Bu məqsədlə da illər boyu bir qızıl standart olaraq qəbul edilmiş "mədə-bypasschr("39")ı" (gastric by-pass) əməliyyatı tacını "əsas" faktlarda " mədəkiçiltmə", "orta" faktlarda isə "duadenal switch" əməliyyatına təhvil vermiş vəziyyətdədir! Əvvəllər əsas cərrahi variant olan mədə by-passı gedərək azalan nisbətlərdə tətbiq olunmaqdadır.

Bunun ən əhəmiyyətli səbəbi isə geri kilo alma dərəcələrinin "mədəkiçiltmə" dən çox fərqli olmaması və buna qarşı geri kilo alındığında texniki olaraq by-pass cəhdinin başqa bir əməliyyata çevrilməsi həddindən artıq çətindir və hətta imkansızdır. Digər tərəfdən kilo itkisi və şəkər xəstələrinə bənzər təsirləri olan "mədəkiçiltmə" əməliyyatı uzun illər sonra uğursuz da olsa, rahatlıqla hər hansı bir başqa əməliyyata çevrilə bilir. Hətta ikinci dəfə mədəkiçiltmə əməliyyatı (re-sleeve) belə edilə və daha irəlidə istifadə edilə bilər. Mədə by-passının anatomiya qoruyucu bir əməliyyt olmaması, böyük bir mədə hissəsinin çıxarılmadan "kor" şəkildə geridə buraxılması, bunun yol açdığı "endoskopiya" müayinəsinin icra edilə bilməməsi problemi və uğursuz olunduğunda bir başqa cəhdə çevrilməsindəki çətinliklər bir zamanlar mövzunun "qızıl standartı" olaraq qəbul olunmuş bu cəhdin məna və əhəmiyyətini dəyişdirmişdir.

Mədə - by passı artıq yalnız əvvəldən uğursuz olmuş bir mədəkiçiltmə aməliyatı olmuş xəstələrə ikinci əməliyyat variantı olaraq, həmçinin uzun zamanıdr TİP II diabet varlığının olması amma insulin rezevlərinin tükənməəsi, BKİ-nin 60-dan çox olması zamanı  edirik. Dolayısı ilə bir piylənmə xəstəsi xüsusilə gəncdirsə, tək əməliyyatla mövzunun həll ola bilməyəcəyini və irəlidə bir ikinci cəhdə ehtiyac ola biləcəyini yaxşı bilməli və cərrahi qrupla də bu şüurla danışmalıdır. Bu məzmunda "mədəkiçiltmə" cəhdi xüsusilə ilk dəfə piylənmə əməliyyatı olacaq faktlarda artıq bir yeni "Qızıl standatr" olaraq qəbul edilə bilər. Mədə-bypassı üsulu isə bəzi orta faktların müalicəsində hələ də etibarlılığını qoruyan, əhəmiyyətli, lakin "duadenal switch" əməliyyatı çıxdığından bu günə çox daha nadir olaraq və yalnız xüsusi şərtlərdə tətbiq bir əməliyyat olmuşdur deyə bilərik. Digər tərəfdən ilk cəhdin uğursuz olub, ikinci dəfə bir piylənmə əməliyyatı olunacağı zaman bu "sekonder (ikinci)" faktların müalicəsində ən sıx müraciət etdiyimiz əməliyyatlardır. 

- Piylənmədə nə zaman cərrahi müdaxilə tətbiq olunur?

- Hər kəsin bariatrik əməliyyat olunması mümkün deyil. Bədən kütlə indeksi 30-dan artıq olan insanlar piylənmə mərhələsində hesab olunur. Çəkinin boyun kvadratına bölünməsi ilə əldə olunan rəqəm bədən kütlə indeksi sayılır. Bədən kütlə indeksi 20-25 arasında olan insan normal, 25-30 arasında olan artıq çəkili (kökəlmiş), 30-35 1 ci dərəcə, 35-40 2-ci dərəcə, 40-dan çox isə aşırı piylənmə(həddindən artıq) mərhələsindədir. Əgər insanda bir sıra xəstəliklər, məsələn, şəkərli diabet, yüksək təzyiq varsa və indeks 40-dan artıqdırsa buna "ölümcül artıq çəki" deyilir. Bariatrik əməliyyatı aşağıdakı xəstələr üçün uyğundur: bədən kütlə indeksi 40-dan çox olan xəstələr, bədən kütlə indeksi 35-dən çox olub, yanaşı xəstəliyi olanlar. 1 illik pəhriz, dərman müalicəsi və nizamlı fiziki fəaliyyətə baxmayaraq kilo verə bilməyənlər. Bədən kütlə indeskinin dərəcəsinə, yanaçı gedən xəstəliklərin vəziyyətinə, pasientin qidalanma vərdişlərinə və s. bu kimi tibbi-sosial səbəblərdən dolayı MÜTLƏQ ona uyğun bariatrik cərrahi prosedur seçilməlidir. Bariatrik əməliyyatlar aşağıdakı xəstələr üçün uyğun deyil: bədən kütlə indeksi 35-altında olan xəstələr; ümumi anesteziya götürə bilməyəcək olan xəstələr; ciddi psixiatrik xəstəlikləri olanlar; dərman və spirt asılılığı olan xəstələr. 

- Dietoloqlar va bariatrik cərrahlar arasında fikir ayrılıqları piylənmədən əziyyət çəkən insanların kimə müraciət etmələrinə dair tərəddüdlərə səbəb olur. Bu barədə sizin fikirlərinizi bilmək maraqlı olardı. Müalicə prinsipləri neden ibaretdir ? 

- Piylənmə meydana gəlmədən öncə qorunma böyük əhəmiyyətə malikdir. Bu qorunma uşaqlıq çağında başlamalıdır. Artıq çəki xəstəliyinin etiologiyasında bir neçə faktor iştirak etdiyi zaman bu xəstəliyin qarşısının alınması və müalicəsi son dərəcə çətin olur. Piylənmə müalicəsində məqsəd, həqiqi bir bədən çəkisi itkisi hədəflənərək, piylənməyə bağlı xəstələnmə və mortalitə risklərini azaltmaq, fərdə kafi və balanslı qidalanma vərdişi qazandırmaq və həyat keyfiyyətini yüksəltməkdir. Piylənmə müalicəsində istifadə edilən üsullar 5 qrup altında toplanılır. Bu üsullar; 1.Tibbi qidalanma (pəhriz) müalicəsi, Artıq çəki xəstəliyinin müalicəsində tibbi qidalanma müalicəsi açar rol oynamaqdadır. Piylənmə zamanı qidalanma müalicəsi ilə: Bədən kütlə indeksini normal (BKİ = 18.5 - 24.9 kq / m2) səviyyəyə endirilməsi hədəflənməlidir. Tibbi qidalanma (pəhriz) müalicəsinin fərdə xas olduğu unudulmamalıdır! 2.İdman müalicəsi - Fiziki fəaliyyət yağ toxuması və qarın bölgəsindəki piylənməni azaldır, pəhriz edildiyində görülə bilən əzələ itkinlərinin qarşısını alır. Məşq müalicəsi ilə tibbi qidalanma müalicəsini bərabər istifadə etdikdə arıqlama sürətlənir və təkrar kilo alımının qarşısı alınır. 3.Davranış dəyişikliyi. Bu zaman həyat fəaliyyətində dəyişikliklər edib, daha aktiv həyat tərzinə keçilir. Davranış dəyişikliyinin pillələri: öz özünü müşahidə; özünə nəzarət; alternativ davranış yaratmaq; gücləndirmə, öz-özünü mükafatlandırma; sosial dəstək. 4.Farmakolojik müalicə Piylənmə müalicəsində istifadə ediləcək dərmanlar yüngül və orta dərəcədə artıq çəkisi olan fərdlər üçün uyğun deyil. İstifadə edilən dərmanların sağlamlığa mənfi təsiri ola bilər. Buna görə də dərmanlar mütləq həkim məsləhəti və nəzarəti altında istifadə edilməlidir. 5.Cərrahi müalicə .

- Əməliyyatlar hansı yaş aralıqlarında aparılmalıdır?

- Artıq kilolarından xilas olmaq üçün müraciət edən hər adama bariatrik cərrahiyyə tətbiq olunmur. Əgər adam bədən kütlə indeksi (BMI) 35-altında bir dəyərə sahibsə, məşq və sağlam bir bəslənmə proqramı, yəni pəhriz müalicəsi ilə ilə kilo verməsi mümkündür. Bədən kütlə indeksi 35-40-ın arasında olan və ya 40-dan çox, yəni obez olan xəstələrə isə adətən mədə kiçiltmə əməliyyatı kimi cərrahi üsullar tətbiq olunur. Obezitə cərrahiyyəsinin bir neçə növü vardır. Mütəxəssislərin ətraflı müayinəsindən sonra Obezitə cərrahiyyəsinin üsulu müəyyənləşdirilir. Obezitə cərrahiyyəsinə namizəd olmaq üçün, 18-65 yaş arasında, bədən kütlə indeksi 40 kq / m2-nin üzərində (morbid obez) olması və ya bədən kütlə indeksi 35-40 kq / m2 arasında obez olub, hipertoniya, diabet, yuxu apnesi sindromu ilə artrit kimi xəstəlikləri olması, ən az 1 il normal kilosuna qovuşmaq üçün mütəxəssis nəzarətində pəhriz və məşq edildiyi halda bunu bacara bilməmiş olması lazımdır.

Son 10 ildə ÜST(Ümumdunya Səhiyyə Təşkilatı) 9-18 yas araligindada da bu operlerin çox ciddi nəzarət və şərtlər altında aparılmasını tövsiyə edir. 

- Piylənmədən uzaq həyat sürmək üçün insanlara nələri məsləhət görürsünüz? 

- Piylənmə səssiz epidemiyadı - mən bunu belə adlandırardım. Sağlamlıq insan həyatı üçün ən böyük sərvətlərdən biri hesab olunur. Sağlam yaşamağın açarı ilk növbədə insanın nə dərəcədə sağlam qidalanmasındadır. Gün ərzində yediyimiz qidalar orqanizmin gündəlik ehtiyacı olduğu vitamin və mineralları ödəməlidir. Hər bir şeyin ölçüdən artıq qəbul edilməsi, təbii ki, xoşagəlməz halların yaranmasına səbəb ola bilər. Bu baxımdan hər bir insan sağlamlığa zərər yetirən amilləri və ondan qorunmaq üsullarını bilməlidir. Həmin amillərə infeksiyalar, orqanizmin həddindən çox soyuması və isinməsi, düzgün qidalanmamaq, az hərəkət etmək, xəsarət almaq, spirtli içkilər, siqaret qəbulu və digər zərərli vərdişlər və işlərlə məşğul olmaq, zəhərləmələr, şüalanmanın müxtəlif növləri, xüsusi ultrabənövşəyi və rentgen şüaları və s. aiddir. Həddindən artıq zehni və fiziki əməklə məşğul olmaq, istehsalat və məişət yükü, doyunca yatmamaq və yaxşı istirahət etməmək, daxili və xarici mühit amilləri, stress kimi faktorlar insan sağlamlığının pozulmasına səbəb ola bilər. Bütün bu səbəblərin düzgün bir qaydada həlli isə insan sağlamlığını qoruyan vacib ünsürlər hesab olunur. Təmiz hava gəzintisi, meşədə istirahət, günəş vannası qəbul etməyi də unutmaq olmaz.

Nigar Adil

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR