Bədənin temperaturunu 40 dərəcəyə qaldıran virus xəstəliyindən necə qorunmalı…

Son günlər  bütün Azərbaycanı bürümüş kəskin  virus xəstəliyi insanları qorxuya salmaqdadır. Təkcə uşaqlarda deyil, böyük insanlarda da 40-41 dərəcə temperatur və qusma ilə müşayət olunan bu  kəskin respirator xəstəliyi iynə-dərmana tabe olmur, öldürmürsə də, zəıflədib haldan salır.

Terapevt-kardioloq həkim Sevinc Qurbanova ilə son günlər yayılmış bu kəskin vurus xəstəliyi barəsində söhbət  edirik. Diqqətlə oxuyun, ümid edirik, həkimin məsləhətləri hər biriniz üçün faydalı ola bilər.

Sevinc xanım, bu xəstəlik   hər zaman  qripdirmi, yoxsa bizə məlum olmayan yeni növ virus yayılıb?

-Bu qripə bənzər klinik simtomlara malik virusdur . Tibbə məlum olan qrip virusuna yaxın virusların, rotavirusların həm bənzər , həm də  fərqli cəhətləri var. Onların klinik əlamətləri bir-birlərindən  az  fərqlənir. Məsələn, əsl  qripdə temperaturun yüksəlməsi özünü  göstərir, temperatur 39-40, hətta 41 dərəcəyə qədər yüksəlir, boğaz, başağrısı özünü göstərir, insan özünü çox əzgin hiss edir.

Rotavirusda isə  halsızlıq  və qızdırma kimi əlamətlərə  paralel olaraq bağırsaq pozulması, qusma, ürək bulanması özünü  göstərməyə başlayır. Belə baxanda bütün  xəstəliklərin ümumi törədicisi virusdur.   Bu yayılan virusa  qrip virusu demək olar.

-Həkim, xəstələrin və ya onların yaxınlarının  hamısı şikayətçidir ki,  temperaturu sala bilmirlər, iynə, dərman  fayda  etmir. Siz  vəziyyəti yüngülləşdirmək üçün nə məsləhət görürsünüz?

-İstənilən halda bu bu xəstəliyin indi yayılma  dövrüdür. İlk iş profilaktika eləmək lazımdır. Yoluxandan sonra deyil, yoluxmadan öncə mübarizə aparılmalıdır. Heç kim  xəstəlikdən sığortalnmayıb.Virus əleyhinə pereparatar var. Xəstəlik artıq başalyıbsa biz müalicəvi dozalarda onları qəbul etməliyik. Xəstəliyə yoluxmamaq üçün  isə biz profilaktik dozalarda onlardan istifadə etməyi məsləhət görürük.

Əsas məsələ bədənin müqavimətini artırmaqdır .Məsələn apteklərdə   "Arbidol",  "Anaferon", "Erqaferon", "Tsikloferon" adlı qrip virusu əleyhinə preparatlar var. Bundan əlavə, vitaminlər qəbul edilməlidir,  bədənin immunitetini gücləndirmək üçün C vitamini bol olan meyvələrdən, quru meyvələrdən, çərəzlərdən, kalorili yeməklərdən bol -bol istifadə olunmalıdır. Və ya buruna çəkərək virusun nəfəs yollarımıza daxil olmasının qarşısını alacaq məlhəmlər, məsələn "Oksolin" məlhəmindən istifadə etmək lazımdır.Yəni başqa cür "türkəçarə" evdə bu virusa qarşı kömək etməz. Qeyd etdiklərimin hamısı xəstəliyə yoluxmamaq üçün profilaktik tədbirlərdir.

- Deyirlər bu xəstəliyin qorxunc fəsadları ola bilər, böyrək, ürək, ağciyərlər güclü fəsada məruz qala bilər. Bu doğrudurmu?

- Hər bir xəsrəliyinin özünün ağırlaşması ola bilər, o cümlədən də qrip viruslarının. Məsələn, ən yüngül halda  pnevmoniya ilə nəticələnə bilər. Ağırlaşmaların qarşısını almaq üçün xəstəliklə düzgün mübarizə aparmaq lazımdır.

- Bu xəstəliklə bağlı ölüm  faktı qeydə alınıb?

- Mən bu barədə  eşitməmişəm. Yəni belə hallar olarsa, adətən, Səhiyyə Nazirliyindən bizə məlumat verilir. Hələlik bu xəstəliyin ölümlə nəticələnməsi faktı qeydə alınmayıb.

Bizim yol

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR