Bu il Qarabağ üçün əlverişli olacaq

Seymur Süleymanov: "Ancaq bir ilin içində bu problemin həll olması qeyri-mümkündür"

2017-ci ildə Dağlıq Qarabağ probleminin həlli istiqamətində ciddi irəliləyişə nail olunmasa da, son aylarda problemin həlli yönündə artan diplomatik hərəkətlilik müəyyən mənada ümidlər yaradır. Xüsusilə, 2018-ci ilin ilk aylarında Azərbaycan vı Ermənistan xarici işlər nazirlərinin görüşünün keçiriləcəyi barədə yayılan xəbərlər və artıq həmin görüşə hazırlıq istiqamətində atılan addımlar Elmar Məmmədyarovla Edvard Nalbəndiyan arasında baş tutacaq görüşün məhsuldar keçəcəyi ehtimallarını yaradır. Ancaq elə xarici siyasət idarəsi rəhbərlərinin görüşünə ciddi haazırlıq getdiyi ərəfədə Ermənistanın xarici işlər nazirinin söylədiyi bəzi fikirlər və Azərbaycanın sülhə maraqlı olmaması barədə sısləndirdiyi iddialar, ittihamlar onu deməyə əsas verir ki, İrəvan bu dəfəki danışıqlar prosesinə də ciddi cəhdlə mane olmağa çalışır. Elə Çağdaş Strateji Araşdırma Mərkəzinin rəhbəri, siyasi ekspert Seymur Süleymanov da belə düşünür. "OLAYLAR"-a verdiyi müsahibədə mərkəz rəhbəri 2018-ci ildən gözləntilər, Dağlıq Qarabağ probleminin həlli istiqamətində atılacaq addımların mümkün nəticələri, eləcə də cəbhədə yenidən hərbi əməliyyatların baş vermə mümkünlüyündən danışıb. Seymur Süleymanov bu il ərzində ölkədə keçiriləcək prezident seçkiləri barədə də fikirlərini bölüşüb.

-Seymur bəy, artıq 2018-ci ilin ilk günlərini yaşayırıq. Bu ildən gözləntiləriniz nədən ibarətdir?

-Əvvəla bu il Azərbaycan üçün əlvəreşli olacaq. Həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən Azərbaycan bu il daha da irəliləyiş əldə edəcək. Bu reallığı qəbul etmək lazımdır ki, Azərbaycan bölgədə əsas söz sahibi olan ölkələrdən biridir. Biz regionda bütün ölkələr ilə balanslı siyasət yürüdürük. Bu dövlətimizin apardığı balanslı siyasətin və beynəlxalq aləmdə qazandığı uğurların nəticəsidir ki, Azərbaycan beynəlxalq arenada öz sözünü deyən ölkədir.

-Bu il Azərbaycan istər beynəlxalq münasibətlər sistemi, istərsə də regionda nə dərəcədə öz aktivliyini qoruyub saxlayacaq?

- Azərbaycan xarici siyasətdə digər ölkələrdən fərqləndirən cəhətlər mövcuddur. İlk növbədə Azərbaycan müstəqil siyasət aparır. Və öz milli maraqlarına uyğun olaraq hərəkət edir. Heç bir ölkədən asıllığı yoxdur. Mən bu sözü qonşu Ermənistan üçün vurğulayıram. Hər kəsə bəllidir ki, Ermənistan vassalı olduğu Rusiyadan icazəsiz heç bir addım ata bilmir. Xarici siyasət bir kənara, heç daxili siyasətində belə müstəqil deyil. Çünki Ermənistan rəsmi Moskvanın saatına uyğun olaraq hərəkət edir. Ancaq Azərbaycan? Sadə bir misal. Rəsmi Bakı həm İsrail ilə, həm də İranla münasibətləri çox sıx şəkildə qoruyub saxlaya bilir. Bu dövlətin balanslı xarici siyasətinin nəticəsidir. Bir önəmli fikri bölüşmək istərdim sizinlə. Azərbaycan xarici siyasətdə Rusiya və Türkiyə ilə bir hərəkət etməlidir. Bizə xaricdə Türkiyədən sonra Rusiya yaxından dəstək verir. Rusiya ilə aramızı vurmaq istəyən qüvvələrə imkan verməməliyik. Bu ən azından bizə xarici siyasətdə böyük itki olar.

-İl ərzində Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişlərin baş verəcəyi gözləniləndirmi?

- Azərbaycanın yeganı problemi Dağlıq Qarabağ münaqişəsi və onun həll yolları ilə bağlı onu qeyd edim ki, Qarabağ problemi mərhələli şəkildə həll olunacaq. Ancaq bir ilin içində bu problemin həll olması qeyri-mümkündür. Ancaq bu il Qarabağ üçün əlverişli olacaq. Bunu il ərzində gedişatlardan daha aydın sezmək mümkün olacaq.

-Nəzərə alsaq ki, bu il həm də ölkədə seçki ildidir, o halda ənənəvi şəkil alan xarici təsirlər və ölkədəki ictimai-siyasi sabitliyi seçki ərəfəsində pozmaq cəhdləri müşahidə edilə bilərmi?

- Oktyabr ayı Azərbaycanda prezident seçkiləri keçiriləcək. Bu onu deməyə rəvac verir ki, 2018-ci il Azərbaycan siyasətinin qaynadığı il olacaq. Şəxsi fikrim budur ki, Azərbaycanın uğurlu seçimi Yeni Azərbaycan Partiyasının namizədi olacaqdır. Əgər hər bir vətəndaş öz ölkəsində sabitliyi, təhlükəszliyi və inkşafı dəstəkləyirsə, Yeni Azərbaycan Partiyasının namizədinə səs verməlidir.

-Ümumiyyətlə, seçki ilində ölkədə hansısa xoşagəılməz proseslərin baş verməsi gözləniləndirmi?

-Əlbəttə, ölkədəki sabitliyi pozmaq istəyən qüvvələr mövcuddur. Bəzi qaragüruh xarici qüvvələr var ki, içimizdəki satqınların köməyi ilə ölkədə nəyəsə nail olmaq istəyirlər. Ancaq bu heç cür baş tutan deyil. Çünki ölkədəki hüquq-mühafizə orqanları çox güclü şəkildə çalışırlar. Belə olan halda ciddi hadisənin baş verə biləcəyinə güman etmirəm. Sabitliyi pozmağa cəhd edən istənilən qüvvəni məhv etmək hər bir vətəndaşın borcudur.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR