“Cənab Prezidentin diqqət və qayğısı  nəticəsində kənd təsərrüfatında inkişaf özünü göstərir“

Fərrux Haqverdiyev: "Elə bir region, bölgəmiz yoxdur ki, orada inkişaf nəzərə çarpmasın" 

"Bir melorator kimi hesab edirəm ki, kənd təsərrüfatının inkişafı əsasən su təsərrüfatından asılıdır"

Son illərdə qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər regionlarda kənd təsərrüfatı məhsullarının istehsalının artmasına əsaslı dərəcədə təsir göstərib. Dövlətin bu məqsədlə fermerlər və sahibkarlara verdiyi dəstək də kənd təsərrüfatı məhsullarının istehsalının artmasında müsbət rol oynayır. Bu bir danılmaz faktdır ki, kənd təsərrüfatında məhsuldarlığın artırılması üçün suvarma sistemlərinin yenidənqurulması da vacibdir və bu istiqamətdə də lazımı tədbirlər həyata keçirilir. Bu baxımdan respublikanın hər bir bölgəsində olduğu kimi Xızı rayonunda da qeyd edilən istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Müntəzəm olaraq suvarma sistemləri yenidən qurulur, bu sahədə mövcud olan problemlər, çatışmazlıqlar tədricən aradan qaldırılır. Elə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC nin Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevlə də söhbətimiz bu istiqamətdə oldu. "OLAYLAR"-a verdiyi müsahibədə Fərrux Haqverdiyev Xızı rayonunda kənd təsərrüfatı sahələrinin suvarılması istiqamətində görülən işlər, həyata keçirilən tədbirlərdən danışdıq.

-Fərrux müəllim, Xızı rayonunun əsas suvarma mənbələri hansılardır və suvarma sistemlərinin daha da təkmilləşdirilməsi məqsədlə hansı tədbirlər görülür?

-Məlumdur ki, Xızı rayonu əsasən iki hissədən, Aran, yəni aşağı hissə və dağ hissədən ibarətdir. Dağ hissədə kənd təsərrüfatı bitgiləri dəmyə üsulu, yağış suları vasitəsilə sulanır. Aşağı hissə isə Samur-Abşeron və Cənab Prezidentin 2007-ci ildə imzalamış olduğu sərəncam əsasında Taxtakörpü kanalı vasitəsilə suvarılır.  Rayonda əvvəllər fermerlər, sahibkarlar, eyni zamanda bələdiyyələrin pay torpağına aid  2970 hektara yaxın ərazinin suvarma sistemi planlaşdırılırdı. Hər bir sahəyə suyun verilməsi Sudan İstifadə Birlikləri tərəfindən tənzimlənir.  Biz də öz növbəmizdə həmin birliklərlə müqavilə bağlayırıq və onlar da qarşılıqlı şəkildə su istifadəçiləri ilə müqavilə bağlayaraq onlara suvarma suyu verilir. Cənab Prezidentin müvafiq sərəncamına uyğun olaraq Taxtakörpü-Ceyranbatan kanalının çəkilişi, həmçinin Taxtakörpü gölünün yaradılmasından sonra şimal zonasında 30 min hektar yeni suvarılan sahələr meydana gəldi. O cümlədən Xızı, Siyəzən və Şabran rayonlarına bu aid oldu. Xızı rayonunda da 9609 hektar sahədə yeni suvarma hidrotexniki qurğuları, qapalı təzyiqli boru xətləri, eyni zamanda açıq tipli kanallar çəkildi və həmin ərazilər də suvarma suyu ilə təmin edilir. Hər il olduğu kimi rayon üzrə  sudan istifadə ilə bağlı planımız var. Bu   Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təsdiq olunmuş limitlərdir. Müqavilə əsasında limitə uyğun olaraq sahələrin suvarmasının ilin hansı vaxtlarında  həyata keçirilməsi də əksini tapır. Qeyd etdiyim kimi biz suyu müqavilə əsasında Sudan İstifadəçilər Birliyinə, onlar da öz növbəsində su istifadəçilərinə verirlər.

-Bəzi hallarda sahibkarlar, fermerlər əkinə yararlı torpaqların suvarılmasında ciddi əngəllərin yaradıldığını bildirirlər. Yaxud mövcud imkanlar əkinə yararlı sahələrin suvarılmasına kifayət etmir. Bəs, Xızıda bu kimi problemlər mövcuddurmu?

-Təbii ki, iş olan yerdə müəyyən xırda problemlər də ola bilər. Hər hansı problem meydana gəldiyi təqdirdə sudan istifadəçilər bizə müraciət edir və biz də öz növbəmizdə həmin problemlərin qısa müddətdə aradan qaldırılmasına nail oluruq. Ancaq bəzən elə problemlər ortaya çıxır ki, həmin problemlər elə su istifadəçiləri tərəfindən yaradılır. Hansısa bir şəxs özünə məxsus olan torpağın suvarılması ilə bağlı müqavilə bağlamır, ancaq gəlib bizdən su tələb edir. Onlarla aparılan işin nəticəsi olaraq müqavilə bağlanılır və həmin müqavilə əsasında suyun verilməsi həyata keçirilir. Yaxud su istifadəçiləri imzaladıqları müqaviləni oxumadan tələb edirlər ki, bu gün mənə su verməlisiniz. Məlumdur ki, dekabr ayının 15-dən mart ayının 15-nə qədər suvarma dövrü deyil. Suvarma dövrü əsasən mart ayının 15-dən başlayır və dekabr ayının 15-dək davam edir. Ancaq bəzən su istifadəçiləri qış aylarında su istəyirlər. Həmin vaxtlarda isə suyun verilməsi qeyri-mümkündür. Çünki imzalanmış müqavilədə də nəzərdə tutulur ki, qış aylarında torpaq suvarmaq olmaz. Məsələn, Yaşma bağlar massivi Sumqayıt şəhərinə aid olsa da, lakin suvarma suyunu bizim rayondan qəbul edirlər. Həmin ərazidə içməli su problemi olduğundan bizə üz tuturlar və biz də öz növbəmizdə onların diqqətinə çatdırırıq ki, içməli su ilə bağlı "Azərsu" ASC-yə müraciət etməlisiniz.

-Bəs fermerlər, sahibkarlara verilən suyun dəyəri və ya limitində hansısa güzəşt tətbiq edilirmi?

-Bu gün fermerlər, su istifadəçilərinin torpaq sahələrində aparılan yenidənqurma, cari və əsaslı təmirlər demək olar ki, dövlət tərəfindən həyata keçirilir. Bu da Cənab Prezidentin kənd təsərrüfatına olan diqqət və qayğısından irəli gəlir. Göründüyü kimi, bu gün ölkədə kənd təsərrüfatının iniişafına diqqət artıb. Cənab Prezidentin diqqət və qayğısı  nəticəsində bu gün kənd təsərrüfatında inkişaf özünü göstərir. Elə bir region, bölgəmiz yoxdur ki, orada qeyd etdiyimiz sahədə inkişaf nəzərə çarpmasın.  Bir melorator kimi hesab edirəm ki, kənd təsərrüfatının inkişafı əsasən su təsərrüfatından asılıdır. Çünki su olmadan kənd təsərrüfatı məhsullarını istehsal etmək mümkün deyil. Respublikada olduğu kimi bu gün Xızı rayonunda da kənd təsərrüfatı məhsullarının istehsalının 90-95 faizi məhz su təsərrüfatından asılıdır. Əgər su olmasa məhsul da istehsal etmək olmaz.

-Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası çərçivəsində Xızının suvarma sistemlərinin yenidən qurulması, yaxud suvarma sistemlərində təmir bərpa işləri nəzərdə tutulurmu?

-Bu gün Xızı rayonunda 9609 hektar ərazidə yeni suvarılan sahələr mövcuddur. Həmin ərazilərdə təzyiqli boru kəmərləri, açıq tipli kanallar, hidrotexniki qurğular quraşdırılıb. Təkcə 1500-ə yaxın hidrotexniki qurğu quraşdırılıb ki, bu da öz müsbət nəticəsini verir. 9609 hektar ərazidə həmin fermerlər, su istifadəçiləri yaradılmış imkanlardan istifadə edərək kənd təsərrüfatı sahələrini suvarırlar. Ümumilikdə bu gün 12580 hektar sahənin suvarılması mümkündür.

-Fərux müəllim, siz eyni zamanda Yeni Azərbaycan Partiyasının Xızı rayon təşkilatının sədrisiniz. Hakim partiyanın rayon təşkilatının Xızının ictimai-siyasi həyatındakı rolu nədən ibarətdir?

-Bu gün Xızı rayonunda 1861 nəfər Yeni Azərbaycan Partiyasının üzvüdür.  Partiya üzvləri Xızı rayonunun idarə və müəssisələrində çalışaraq öz növbələrində rayonun inkişafına töhfələrini verirlər. Təkcə seçkilərdə deyil, eləcə də bütün tədbirlərdə partiyamızın üzvləri öz fəallıqlarını göstərirlər. Məlumat üçün qeyd edim ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan  "Hərəyə bir ağac əkək" kampaniyası çərçivəsində bu günlərdə Xızı rayonunun Giləzi qəsəbəsində  2 minə yaxın ağac əkildi. Eləcə də digər tədbirlərdə biz Yeni Azərbaycan Partiyasının üzvləri olaraq fəal iştirak edirik. Dövlətimiz, dövlət başçımız partiya üzvlərinə böyük diqqət və qayğı göstərib onları təltif etdiyi, mükafatlandırdığı kimi biz də öz növbəmizdə rayon təşkilatı olaraq fəal üzvlərimizi fəxri fərmanlar, diplomlarla mükafatlandırırıq.

-Məlum olduğu kimi gələn il ölkədə prezident seçkiləri keçiriləcək. Xızı ictimaiyyəti, eləcə də partiyanın rayon təşkilatı bu seçkiyə necə hazırlaşır?

-Sizin də qeyd etdiyiniz kimi gələn il ölkədə növbəti prezident seçkiləri keçiriləcək. Yeni Azəbaycan Partiyası olaraq gələn il ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar partiya fəallarınn iştirakı ilə şura iclası keçirilib, müvafiq tapşırıqlar verilib. Bunun nəticəsi olaraq artıq 2018-ci ildə keçiriləcək prezident seçkişıəri ilə əlaqədar rayonda müəyyən hazırıq işləri aparılır.

-Belə demək mümkündürmü ki, xızılılar hər zaman olduğu kimi 2018-ci ildə keçiriləcək prezident seçkiərində də Cənab Prezident İlham Əliyevə dəstək nümayiş etdirəcəklər.

-Əlbəttə, bütün seçkilərdə, eləcə də prezident seçkilərində xızılılar hər zaman öz fəallıqlarını nümayiş etdiriblər. Bu gün də rayon ictimaiyyəti eyni ruhda, əhval-ruhiyyədədir. Hər bir xızılı onu da gözəl bilir ki, bu gün Azəbaycanın əldə etdiyi nailiyyətlər, ölkəmizin dünyada nüfuzunun, siyasi çəkisinin artması məhz ümummilli lider Heydər Əliyevin sayəsində mümkün olmuşdu. Məhz onun xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra Azərbaycan öz inkişaf mərhələsinə qədəm qoydu, hər bir sahədə inkişaf, tərəqqi baş verdi. Bu gün Heydər Əliyev siyasəti, kursu Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Cənab Prezidentin yorulmaz, məqsədyönlü fəaliyyəti nəticəsində bu gün Azərbaycan dünyanın sayılıb-seçilən ölkələri sırasında qərarlaşıb, regionun lider dövlətinə çevrilib. Əldə edilən nəticələrdən və fəaliyyətdən dolayı biz inanırıq ki, Azərbaycan dövləti bundan sonra da daha da inkişaf edəcək, yeni-yeni uğurlara imza atacaq. Bunu bütün Azərbaycan xalqı, eləcə də xızılılar görür, qiymətləndirr. Bütün bunlardan dolayı gələn il Yeni Azərbaycan Partiyasının qurultayında partiyanın prezidentliyə namizədi irəli sürüləcək və biz də partiyanın rayon təşkilatı olaraq namizədimizin dəstəklənməsi, onun seçkilərdə qələbə qazanması istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik. 

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR