Erməni lobbisinin Moskvadan istəyi odur ki,…

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinə mümkün qədər əngəllər törətsin

Rusiya Ermənistanı silahlandırmağın növbəti mərhələsinə start verib. Xəbərlərdən də aydın olduğu kimi həftə sonu Moskva işğalçı ölkəyə yenidən hərbi yardım məqsədilə nəzərdə tutduğu krediyin bir hissəsini ayırıb. İlkin olaraq 100 milyon dollarlıq kredit paketi, ümumilikdə texnika, silah-sursat almaq üçün planlaşdırılır. Təbii ki, Moskavın atmış olduğu bu addım Bakıda ciddi narahatçılıq doğurub. Xüsusilə, Rusiyanın Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində belə bir addım atması Kremlin danışıqlar prosesinə əngəl olması kimi dəyərləndirilir. Bildirilir ki, növbəti hərbi yardım Ermənistanı yenidən təhdid, aqressiyaya sövq edə bilər. Bəs görəsən bu barədə ekspretlər nə düşünür? Bu və ya digər məsələlərlə bağlı siyasi şərhçi Seymur Süleymanova müraciət etdik.

-Seymur bəy, Rusiyanın yenidən Ermənistana silah satması ilə bağlı məlumatlar yayılıb.Moskvanın bu addımını necə dəyərləndirmək olar?

--Əvvəla onu qeyd etmək lazımdır ki, 2015-ci il noyabrın 26-da imzalanmış razılaşmaya əsasən, Rusiya Ermənistanı müasir silahlarla təchiz etmək üçün 200 milyon dollar kredit vermək öhdəliyini öz üzərinə götürüb. Beləliklə də, oktyabrın 12-də 100 milyon dollarlıq kredit paketi ayrılıb. Müqaviləyə əsasən, 100 milyonluq kreditin Ermənistana 20 il müddətinə verilməsi və bu müddətin 5 ilinin illik 3 faiz dərəcəsi ilə güzəştli olması nəzərdə tutulub. Bütün bu gedişatlar onu göstərir ki, Rusiya işğalçı ölkəni hər baxımdan blokadaya alıb. Ermənistan iqtisadiyyat baxımından da hərbi baxımdan da Rusiyadan tam asılı vəziyyətdədir. Bir çoxları silah alış-verişini fərqli dəyərləndirməkdədir. Məsələn, Rusiyanın Ermənistana satdığı silahların gələcəkdə Dağlıq Qarabağda Azərbaycana qarşı istifadə olunacağını qeyd edirlər. Ancaq mənim fikrimcə, iki ölkə arasında silah alış-verişi Azərbaycan və ən əsası da Dağlıq Qarabağ üçün hesablandığı inandırıcı deyil. Nə üçün? İlk növbədə Rusiya Azərbaycanın həm dostu həm də region tərəfdaşıdır. İkinci növbədə, Rusiyanın məqsədi hazırda bölgəni gücləndirərək, Qərbə qarşı dirəniş göstərməkdir . Belə olan halda, Ermənistana satılan silahlar, bir növ bölgəni qarant altına almış Rusiyanın geosiyasi maraqlarına tam uyğun gəlir. Belə ki, Ermənistan NATO ölkəsi olan Türkiyə ilə qonşudur. Bundan əlavə, NATO və Qərb Gürcüstanda Rusiyaya qarşı fəaliyyətini gücləndirərək, şimal qonşumuza əzələ nümayişi göstərir. Bu aspektdən, Rusiya Ermənistan üzərindən bölgəyə nəzarəti tam gücləndirmək istəyir. Bir növ Ermənistanda həm hərbi, həm də siyasi dividentləri Qərbə qarşı əlində cəmləşdirir. Bu kontekstən, Rusiyanın Ermənistana silah satmasında qeyri-adi heç nə yoxdur. Bir nüansı da diqqətə çatdırım ki, Rusiya silahlarının Ermənistana tədarükünü Qərb birmənalı qarşılamayıb. Dünən Birləşmiş Ştatların Atlantik Şurasının baş elmi əməkdaşı, energetika sahəsində ekspert Aqniya Qriqas vurğulayıb ki, Rusiya ilə silah tədarükü üzrə sazişlər stasus-kvoya çevrilib və Kremlin sərhədyanı regionlara nəzarət üzrə öz səylərinindən əl çəkməyəciyini qeyd edib.

-Sizcə, Rusiyanın bu addımı prezidentlərin görüşü ərəfəsində gərginliyi artırmağa, görüşü pozmağa hesablanmayıb?

-

-Bilirsiniz ki, gələn il Rusiyada seçki ilidir. Və şimal qonşumuz mümkün qədər bölgədə sabitliyi qorumaq üçün əlindən gələni edəcək. Və çalışacaq ki, heç bir xarici opponentlər Rusiyadakı seçkilərə maneə törətməsin. Bu baxımdan da Rusiya bölgədə gərginliyin artmasını heç vaxt istəməz. İnanmıram ki, Rusiya Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü nəzərə alaraq silah tədarükünü gerçəkləşdirsin. Yəni bunu nəzərə alıbsa da bu heç bir prosesi dəyişdirə bilməz. Çünki Azərbaycanın məqsədi işğal olunmuş torpaqların geri alınmasıdır. Ancaq Rusiya xarici balansını qoruyaraq, həm Azərbaycana, həm də Ermənistana mümkün qədər eyni müstəvidə yanaşmağa çalışır. Ancaq bu Azərbaycanda birmənalı qarşılanmır. Nəzərə almaq lazımdır ki, Ermənistan Rusiyanın əlində kukla dövlətdi. Beləliklə də bölgədə onu rıçaq vasitəsi kimi istifadə edir. Və istər-istəməz mümkün bir çox diqqəti bir qədər bu ölkəyə kökləyir .

-Bu həm də Bakı Tbilis Qars layihəsinə, onun istifadəyə verilməsinə bir növ etiraz jesti sayıla bilərmi?

-Bakı-Tiflis-Qars dəmiryolu layihəsi ilk növbədə Ermənistanın istəmədiyi və qarşı çıxdığı layihədir. Çünki bu cür önəmli layihədə işğalçı ölkə iştirak etmədiyindən, bunun gerçəkləşməsinə də böyük əngəllər törətmək istəyəcəkdir. Ermənistan qulağının dibində belə bir layihənin gerçəkləşməsinə paxıllıq hissi keçirir. Azərbaycan tərəfi faktiki olaraq, Gürcüstanın da maliyyələşməsini üzərinə çəkərək, Ermənistanı qlobal layihələrdən təcrid siyasətinə müvəffəq olmuşdur. Və Azərbaycanın ən böyük uğurlu layihəsi olan Bakı-Tiflis-Qars dəmiryolu yaxın zamanlarda istifadəyə veriləcək. Digər tərəfdən, erməni lobbisinin Moskvadan istəyi odur ki, bu prosesə mümkün qədər əngəllər törətsin. Ancaq fikrimcə Moskva bu istəyi qəbul etmək istəmir. Qeyd etdiyim kimi, Rusiya bir növ bölgənin inkşaf etməsində maraqlıdır. Lakin istisna tərəfləri də mövcuddur. Azərbaycanın yürütdüyü müstəqil siyasət nəticəsində bölgədə kimin nə istəyib istəməyəcəyi Azərbaycanın yürütdüyü müstəqil iqtisadi siyasətə dəxli yoxdur. Azərbaycan öz maraqlarına uyğun olan siyasət yürüdür. Bir növ Ermənistandan fərqli olaraq.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR