Radikaların ən böyük arzusu ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır

Niyaməddin Orduxanlı: "Əli Kərimli bütün ömrü boyu radikal müxalifətin "lideri" olma uğrundan amansız mübarizə aparıb"

Ötən həftə sonu müxalifətin radikal qanadının təmsil olunduğu Milli Şura adlanan qurum növbəti etiraz aksiyasını keçirdi. Həmişə olduğu kimi bu dəfə də cəmiyyətin ciddi dəstəyini görməyən aksiya radikalların siyasi etikadan kənar, qərəz, böhtan dolu çıxışları ilə yadda qaldı. Məlumat üçün qeyd edək ki, mitinqdən əvvəl radikallar, şəxsən AXCP sədri Əli Kərimli sosial şəbəkə vasitəsilə demək olar ki, hər saat, hər dəqiqə aksiyaya çağırış etsə də, lakin xalq bu dəfə də radikal müxalifətin etirazlarına dəstək verməyərək aksiyalar üçün sosial sifarişin olmadığını ortaya qoydu. Bəs belə olan təqdirdə, aksiyaların keçirilməsinə sosial sifariş yaranmadığı halda Milli Şuranın mitinqlər keçirməsi nədən və haradan qaynaqlanır? Yenə də aksiya sifarişi xarici dairələrdən, xüsusilə də erməni lobbisindən gəlibmi? Bə və ya digər suallarla Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlıya müraciət etdik.

-Niyaməddin bəy, həftə sonu Milli Şura növbəti aksiyasını keçirdi. Bu aksiyanın nəticələrini necə dəyərləndirərdiniz və cəmiyyətin bu kimi aksiyalara dəstək verməməsinin səbəbləri nələrdir?

-Milli Şuranın 10 günə iki mitinqi baş tutdu. Eyni şəxslər, partya üzvü olanlar və onların yaxın qohumlarından başqa heç kim mitinqə qoşulmadı. Tum , salfetka, su satanlar və hüquq-mühafizə orqanlarının əməkdaşları, çevik polis alayının mühafizəçiləri ilə birlikdə 1500 nəfərdən artıq mitinqdə iştirak edən olmur. Ən diqqətedici məqam o idi ki, Əli Kərimlinin mitinqinə qatılanların böyük əksəriyyəti İran molla rejiminin təsirində olan elektoratdır. Onlar mitinqə gəlməsə, Əli Kərimlinin çağırışına 500-700 nəfərdən artıq adam gəlməz. Gələnlərin də kim olduqlarını dedim. Sual olunur, İranın təsirində olan şəxslər niyə Əli Kərimlinin mitinqinə qatılırlar? Hər kəsə gün kimi aydındır ki, Nardaran qəsəbəsi və İran mollasının əlindən öpməyi özünə şərəf bilən Taleh Bağırzadə İran mollasının əmri ilə hərəkət edir. İki ilə yaxındır ki, dövlət Nardaran qəsəbəsində təmizlik işi apardı və bir sıra şəxsləri həbs etdi. Bu səbəbdən bu gün İran həmin şəxlərə tapşırıq verir ki, Əli Kərimlinin mitinqinə qatılın. Əslində onlar Əli Kərimlini dəstəkləmək üçün mitinqə gəlmirlər. Mitinqdə yayılan şəkillərə baxın, əksəriyyəti dini şüarlar və dini geyimlərlə mitinqə qatılırlar. Biz hər zaman demişik, bu elektoratın imkanları olsa, elə ilk olaraq Əli Kərimlini "Azadlıq" meydanında dar ağacından asacaqlar. İndiki məqamda bunları hakmiyyətə qarşı birgə mübarizə birləşdirir. İran molla rejimi Nardaran qəsəbəsində öz "dayağını" itirməsəydi, bu gün həmin dindarlar Əli Kərimlinin mitinqinə qatılmazdı...

-Sizcə, Milli Şuranın keçirdiyi son iki aksiya sosial sifarişdir, yoxsa xarici dairələrin radikallara növbəti tapşırığıdır?

-Söhbət həm də ondan gedir ki, Əli Kərimlinin keçirdiyi mitinqi cəmiyyət birbaşa hakimiyyətin maraqlarına xidmət kimi qiymətləndirdi. Sosial şəbəkələrdə açıq şəkildə yazırdılar ki, görən Əli Kərimli mitinq keçirmək üçün nə qədər pul alıb? Bu tam yerində verilmiş sualdır. Çünki onu yaxından tanıyan adamlar bilir ki, suyu da üfürə-üfürə içən adam, maddi marağı olmasa, heç bir addım atmaz. Əli Kərimli xaraktercə çox qorxaq adamdır. Bir daha qeyd etmək istəyirəm ki, indiki sifarişin daha çox hakmiyyət tərəfindən gəldiyi fikrini səsləndirdilər. Çünki hər kəs çox yaxşı bilir ki, Əli Kərimlinin indiki hakmiyyətlə gizli əlaqələri olub və indiki hakimiyyətə də xəyanət etdiyi üçün cəzalandırılıb. Ən yaxın çevrəsi məhz onu xəyanətkar olması səbəbindən tərk edib. Siyasi partiya rəhbərlərinin demək olar ki heç biri ona etibar etmir. Anındaca öz maddi maraqları üçün imzaladığı sənəddən də imtina etdiyini bilirlər. Necə ki, zamanın da müxalifətin birgə sənədinə parlamentə getməmək barədə imza atdı. Ancaq 10 gün sonra sanki heç bir sənədə imza atmamış gedib parlamentdə oturdu. Onu da əlavə edim ki, xarici tapşırıqları da birbaşa yerinə yetirməyə bacaran Əli Kərimli, lazım gələndə, ABŞ səfrinin tapşırığı ilə Qarabağa həsr olunmuş mitinqi də təxirə sala bilir. 2000-ci ildə mərhum Heydər Əliyev Amerikada Qarabağla bağlı danışıqlar aparırdı. Və o zaman Azərbaycana böyük bir basqı təşkil edilmişdi. Milli maraqlar naminə müxalifət mitinq təyin etmişdi. Ancaq qeyd etdiyim kimi, Birləşmiş Ştatların Azərbaycandakı səfiri Əli Kərimlini otağına dəvət edib, mitinqi təxirə salmağı və sakit dayanmağı tamşırmışdı. Həttə səfir utanmadan Əli Kərimliyə demişdir ki, "biz Qarabağı Heydər Əliyevin əli ilə ermənilərə veririk, siz sakit oturun, sonra gəlib rahat hakimiyyətdə oturarsınız". Əli Kərimli də səfirin bu yağlı vədinə inanaraq, müxalifətin mitinqini təxirə saldı. Bu, birbaşa milli maraqlara xəyanət idi. Ancaq mərhum Heydər Əliyevin iradəsi və əzmkarlığı sayəsində danışıqlar dayandırıldı və Azərbaycanın milli maraqlarına zərrə qədər də olsun ziyan dəymədi. O zaman Heydər Əliyev də gördü ki, Əli Kərimli xaricin əlində bir oyuncaqdır, ondan hər zaman istifadə edə bilirlər. Tam əmin olun ki, xarici dairənin nə sifarişi olsa. Əli Kərimli dərhal yerinə yetirməyə hazır olacaq.

-Nəzərə alsaq ki, bu ayın sonunda Bakıda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin rəsmi açılış mərasimi olacaq. O zaman belə bir sifarişin həm də erməni lobbisindən gəldiyi qənaəti yarana bilərmi. Çünki erməni lobbisi ciddi cəhdlə bu layihənin əleyhinə fəaliyyət göstərir?

- Açıq etiraf edək ki, bu gün erməni diasporası və lobbisi çox gücülüdür. Bütün imkanlarını səfərbər edir ki, hər vəchlə Azərbaycanın dövlət maraqlarına zərbə vursun. Bunun üçün bütün imkanlarından istifadə edirlər. Azərbaycanda faəliyyət göstərən bir sıra vətəndaş cəmiyyətinin rəhbərləri -QHT ilə öz əlaqələrini qurublar. Çexiyanın PİN təşkilatı birbaşa ermənilərə xidmət edir. Bu təşkilatın təsirində olan bir sıra qeyri-hökumət təşkilatları sədrləri var. Bunların vasitəsi ilə dövlət maraqlarımıza zərbə vururlar. İri layihələrin baş tutmaması üçün müxtəlif təxribatlara əl atırlar. Azərbaycanın beynəlxalq təşkilatlarda fəaiyyətini pozmaq və Azərbaycanın bu təşkilatlardan çıxmaq arzusundan olduqlarını görürük. Təbii ki. inandırıcı faktlardan biri də odur ki, bu tip təşkilatlar vasitəsi ilə erməni diasporası Əli Kərimliyə də maliyyə ötürə bilər. Pula qarşı böyük sevgisi olan Kərimlinin bu addıma əl atacağına şübhə etmirəm. Əsas puldur, dəfələrlə bu məsələni mətbuatda səsləndirmişəm. Uzun illərdir ki, Əli Kərimli heç bir yerdə işləmir. 10 ilə yaxındır övladları İngiltərənin ən bahalı unversitetlərində pullu təhsil alır. Hər ikisinin illik təhsili , təxminən 300 min dollara yaxındır. Bu adama sual verin ki, bu qədər pulu hardan alırsan? Ondan sonra Əli Kərimlinin niyə 1500 nəfərlik mitinq keçirməyini biləcəksiniz.

-O zaman ay sonuna qədər radikalların ictimai-siyasi sabitliyi pozmaq üçün daha bir neçə mitinq cəhdi göstərəcəyi gözləniləndimir?

-Radikaların uzun illərdi ən böyük arzusu elə ölkədə ictimai-siyasi sabitliyi pozmaqdır. Hər fürsətdə çalışırlar ki, bəlkə, bu vasitə ilə Azərbaycanda sabitliyi poza bilsinlər. Seçki yolu ilə hakimiyyətə gələ bilmirlər, xalq səs vermir. Aksiyalarına da on minlər, yüz minlər dəstək vermir. Bir məqamı yeri gəlmişkən deyim ki, mitinqlərdə, tribunada Əli Kərimlinin yanında duran adamlara baxın, Cəmil Həsənli deputat olduğu dövrdə indiki hakmiyyətin maliyyəsi ilə dərc etdiyi kitablarında İlham Əliyevin liderliyi ilə Azərabycanı Qafqazın ən inkişaf etmiş ölkəsi adlandırırdı. Yaxud, Gültəkin Hacibəylinin deputat olduğu dövrlərdə İlham Əliyevin necə təbliğatını apardığı hər kəs bəllidir. Bu xanım mitinqdə danışanda, facebook-da insanlar 2003-cü ildə İlham Əliyevin seçki təbliğatı zamanı keçirilən mitinqdəki Gültəkin Hacıbəylinin çıxışını yayıb, necə riyakar olduğunu göstərirlər. Nurəddin Məmmədlinin isə, dəyişmədiyi partiya qalmayıb. Belə bir adamların çağrışına təbii ki, xalq heç zaman dəstək verməyəcək. Onların hakmiyyətə gəlmək arzusu yalnız ölkədə qarşıdurma yaratmaq niyyətidir. Və bu niyyətləri isə, heç zaman gercəkləşmiyəcək. Çünki xalq bu adamlara inanmır və onların arzularının nədən ibarət olduğunu çox yaxşı bilir.

-Ümumiyyətlə, bu kimi uğursuz aksiyalardan onun təşkiilatçıları nə əldə edirlər?

-Yalnız maliyyə qopartmaq. Əli Kərimliyə Gürcüstandan pul gətirəni Gözəl Bayramlı həbsdədir. O indi çox arzulayır ki, onu həbsdən buraxsınlar və yenə gedib xaricilərin göndərdiyi pulu buna gətirsin. Kütləvi mitinq etmək arzusunda olan adam digər radikal müxalifət təşkilatları ilə birgə aksiya edərdi. Bəlkə də, mitinq zamanı qapıda duran adamlarına tapşırır ki, radikal müxalifətin digər nümayəndələri mitinqə gələrsə, onları "Məhsul" stadionuna buraxmasınlar. İstəmir ki, xarici təşkilatlara Azərbaycanda ondan başqa radikal müxalifətçillərin olduğunu yada salsın. Əli Kərimli bütün ömrü boyu radikal müxalifətin "lideri" olma uğrundan amansız mübarizə aparıb. Səbəb, əldə edilən maliyyəyə şərik qoşmasın. Pulu ancaq buna versinlər. İsa Qəmbəri özünə şərik götürmək istəmir.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR