Ermənistanın Qarabağ ətrafında növbəti oyunu

Seymur Süleymanov: "Edvard Nalbəndyanın bu açıqlaması heç nəyi dəyişmir"

Deyəsən Ermənistan növbəti blefini edir. Belə ki, bu ölkənin xarici işlər naziri Edvard Nalbəndiyan ötən gün mətbuata verdiyi açıqlamada Dağlıq Qarabağ probleminin həlli ilə bağlı indiyə qədər Ermənistan rəsmilərinin səsləndirmədiyi bir fikri ifadə edib. Belə ki, işğalçı ölkənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağa təhlükə yaratmayan ərazilərin boşaldılmasının mümkünlüyündən danışıb. Ermənistan xarici işlər nazirinin belə bir açıqlama ilə çıxış etməsi kifayət qədər maraqlı və maraqlı olduğu qədər suallar meydana çıxarıb. Belə ki, erməni rəsmisinin belə bir açıqlamada bulunmasına səbəb nədir? Bir çoxları hesab edirlər ki, Edvard Nalbəndiyanın məlum açıqlaması Ermənistanın növbəti oyunudur. Belə ki, son vaxtarda Azərbaycanın artan hərbi gücü, İsrail və Çexiya ilə hərbi sahədə əlaqələrin genişləndirilməsi Azərbaycan Silahlı Qüvvələrinin yeni silah-sursatla təmin edilməsinə imkan yaradıb. Hazırkı situasiyada Azərbaycanın hərbi arsenalı Ermənistandan qat-qat güclüdür və İrəvan Azərbaycanın hər an torpaqlarını işğaldan azad etmək əməliyyatına başlaması qorxusunu yaşayır. Digər tərəfdən hazırda Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı hərbi təlimlər keçirir ki, bu da Ermənistanı bir qədər ehtiyatlı davranmaq məcburiyyətində qoyub. Ən əsası bu günlərdə Azərbaycan və Türkiyə hərbi hava qüvvələrinin təlimləri baş tutur ki, bu amil də erməni rəsmilərinin mövqelərində müvəqqəti dəyişiklik etmə zərurəti yaradıb. Şübhə yoxdur ki, Azərbaycanın hərbi təlimləri başa çatdıqdan sonra İrəvandan yenidən təhdid dolu bəyanatlar eşidəcəyik. Həmçinin, bu Nyu-Yorkda keçirilən BMT Bəs Assambleyası ərəfəsində Ermənistanın özünü "sülh göyərçini" kimi göstərmək cəhdi də sayıla bilər. göəsən, bu barədə ekspertlər nə düşünür? Bu və ya digər suallarla siyasi şərhçi Seymur Süleymanova müraciət etdik. "OLAYLAR"-a verdiyi müsahibədə Seymur Süleymanov hazırda Dağlıq Qarabağ problemi ətrafında gedən proseslər, münaqişənin həllinə olan münasibət və digər məsələlər ətrafında da danışıb.

-Seymur bəy, Ermənistanın xarici işlər naziri Edvard Nalbəndiyan bu günlərdə belə bir açıqlama ilə çıxış edib ki, Dağlıq Qarabağa təhlükə hesab edilməyən bəzi ərazilərin azad edilməsi mümkündür. Sizcə. bu açıqlama nəyə hesablanıb?

-Nəzərə alsaq ki, dünən İrəvanda keçirilən "Ermənistan-Diaspora" forumunda çıxış edən Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağın "müstəqilliyinin" alternativinin olmadığı barədə təxribatçı bəyanat səsləndirib. Daha sonra bu bəyanatın ardınca isə işğalçı ölkənin xarici işlər naziri Dağlıq Qarabağda təhlükəsiz ərazilərdən danışması kimi fikirləri aldadıcı mövqe daşımaqdadır. Edvard Nalbəndyanın bu açıqlaması heç nəyi dəyişmir. Əgər söhbət həqiqətən də Nalbəndyanın bəyan etdiyi kimi təhlükəsiz ərazilərin qaytarılmasından gedirsə, nə üçün Serj Sərkisyan dünən hər zamankı kimi işğalçı jarqonu ilə çıxış edib? Bilirsiz, bu açıqlamalar yalnız və yalnız münaqişənin vaxtını mümkün qədər uzatmağa xidmət edir. Belə olan halda rəsmi Bakının səbri tükənmək üzrədir. Ermənistan artıq başını itirmiş durumda olduğu üçün nə dediyini özləri də anlamırlar.

-Dağlıq Qarabağda təhlükə hesab edilməyən ərazilər dedikdə sizcə Ermənistan nəyi nəzərdə tutur?

- İşğalçı rejim təhlükəsiz ərazi dedikdə heç nəyi nəzərdə tutmur . Qeyd etdiyim kimi, bu yalnız baş aldadıcı ifadələrdir. Əgər fikir ciddi olsaydı, Ermənistan bunu ətraflı şəkildə bəyan edərdi. Ancaq etmir. Çünki işğalçı rejimin münaqişənin həlli ilə bağlı məsələdə heç bir addım atmaq niyyəti yoxdur.Ermənistan tərəfindən son zamanlar Türkiyə-Azərbaycan arasında intensivləşən hərbi təlimlər fonunda belə bir fikir səsləndirilməsi, İrəvanın hərbi təlimlərdən qorxduğu anlamı daşımaqdadır. Çünki bölgədə əzəli güc nümayiş etdirən iki qardaş ölkənin ortaq bir problemi varsa o, da işğal edilmiş Dağlıq Qarabağdır. Bu üzdən də Ermənistan bu gücdən çox qorxur. Qeyd etdiyim kimi, Nalbəndyanın bu aldadıcı fikirlərini ciddi qəbul etmək lazım deyil. Ona nə var ki, iki gün keçəndən sonra dediyi fikirlərin əksini də deyə bilər.

-Ola bilərmi bu açıqlama bir blefdir və Azəbaycanın hərbi təlimlərindən ehtiyatlandıqları üçün vaxt qazanmaq istəıyirlər?

Dağlıq Qarabağ problemini biz Qərblə həll etməməliyik. Heç Qərb bu problemin həllində maraqlı da deyil. Qərb üçün yalnız və yalnız atəşkəsin qorunub saxlanılması önəmlidir. Bu aspektdən, biz münaqişənin həllini Qərblə yox, Rusiya ilə həll etməliyik. Məsələyə ən çox səy göstərən Rusiyadır, nəinki Qərb. Sizə bir məqamı da diqqətə çatdırım, Ermənistan prezidenti Serj Sərkisyan Nyu-Yorkda, BMT-nin Baş Assambleyasının sessiyasında iştirak edəcək. Prezidentin mətbuat xidmətinin məlumatına görə, onun çıxışı da nəzərdə tutulub. Səfər çərçivəsində erməni prezidentin BMT-nin baş katibi Antonio Guterreslə görüşü planlaşdırılır. Əgər həqiqətən də ədalətdən danışırıqsa, o zaman BMT-nin baş katibi, Sərkisyanla görüşü zamanın BMT-nin Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrin nə üçün indiyədək icra edilmədiyinə dair məsələni gündəmə gətirsin.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR