Gürcüstanla münasibətləri gərginləşdirmək istəyənlərin məqsədi nədir?

Azər Verdiyev: "Bu təxribatın arxasında duranlar birmənalı şəkildə erməni maraqlarına xidmət edir"

"Bəzi radikal müxalifət qruplarının əsas maliyyəsi erməni diaspor təşkilatlarından gəlir"

AntiAzərbaycan şəbəkə yenidən fəaliyyətdədir. Bu dəfəki ssenari Gürcüstanla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, iki ölkə arasında siyasi və diplomatik gərginlik yaratmağa hesablanıb. Son həftələr ərzində qonşu ölkə sərhəddində yaşanan olaylar belə deməyə əsas verir. Xəbərlərdən də məlum olduğu kimi Azərbaycanın müxalif radikal qanadı, daha dəqiq desək Azərbaycan Xalq Cəbhəsi Partiyasının bir neçə fəalı bu günlərdə Gürcüstan ərazisindən Azərbaycana gömrük bəyannaməsindən gizlədilən külli miqdarda pul keçirərkən saxlanılıb. Sonradan aparılan araşdırmalardan məlum olub ki, radikal düşərgə təmsilçilərinin Azərbaycana keçirməyə cəhd göstərdikləri pullar ölkəmizdə təxribat törətmək, ictimai-siyasi sabitliyi pozmağa hesablanıb. Təəccüblüsü və təəssüf doğuran məqamı isə ondan ibarətdir ki, həmin vəsait radikal düşərgəyə erməni lobbisi tərəfindən ayrılıb. Maddi vəsaitin Gürcüstan üzərindən keçməklə Azərbaycana ötürülməsində isə məqsəd yuxarıda qeyd etdiyimiz kimi Tbilisi ilə Bakı arasında süni gərginlik yaratmaqdır.

Bu ərəfədə Azərbaycan və Gürcüstan hüquq-mühafizə orqanlarının Tbilisi-Bakı münasibətlərinə zərbə vurmağa çalışan məlum şəbəkəyə qarşı həyata keçirdiyi tədbirlərin Avropada nədənsə narahatçılıq yaratdığı məlum olub. Belə ki, Avropa Birliyi Azərbaycanda təxribat törətməyə çalışan şəbəkənin üzvlərindən biri Əfqan Muxtarlının həbsinə etiraz bildirib. Qurum açıq şəkildə Azərbaycanın daxili işlərinə müdaxilə edərək Əfqan Muxtarlının azadlığa buraxılması çağırışını edib. Avropa Birliyi kimi nüfuzlu bir təşkilatın hansısa bir dövlətin daxili işlərinə müdaxilə etməsi heç şübhəsiz ki, Azərbaycan cəmiyyətində ciddi etirazla qarşılanıb. Və əksər ekspertlər, analitiklər qurumun Azərbaycana olan münasibətini kəskin tənqid ediblər. Elə Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də bu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Azər Verdiyev Gürcüstanla-Azərbaycan arasında münasibətləri gərginləşdirməyə çalışan qüvvələrin fəaliyyətini fə kəskin şəkildə tənqid edib.

-Azər bəy, son günlər Azərbaycanla Gürcüstan arasında münasibətləri gərginləşdirməyə cəhdlər müşahidə edilir. Sizcə, bu iki ölkə arasında gərginlik yaratmaqda başlıca məqsəd nədir?

-Əvvəla onu qeyd edim ki, Gürcüstanla Azərbaycan arasında olan əlaqələrin tarixi bağlılığı var. Bundan başqa Gürcüstanda minlərlə azərbancanlılar yaşayır. Məsələnin digər vacib tərəfi isə ondan ibarətdir ki, Gürcüstanın sosial-iqtisadi infrastrukturunun mühüm hissəsi Azərbaycandan qidalnır.

-Sizcə bu ssenarinin arxasında hansı güclər dayanır?

-Tam səmimi deyim ki, bu təxribatın arxasında duranlar birmənalı şəkildə erməni maraqlarına xidmət edir. Çünki Ermənistan regionda sabitliyi pozan yeganə qüvvədir. Bu mənada Gürcüstanı da təxribata çəkməklə özlərini sığortalamaq istəyirlər.

-Görünən odur ki, Azərbaycanın radikal siyasi qüvvələri Gürcüstana daha çox təmas edə biliblər və zaman-zaman bu ölkədə müəyyən təxribatçı hərəkətləri müşahidə edilib. Sizcə radikal düşərgə, xüsusilə AXCP necə asanlıqla Gürcüstana yol tapır?

Burada söhbət asanlıqdan getmir. Sadəcə bilirsiniz ki, bəzi radikal müxalifət qruplarının əsas maliyyəsi erməni diaspor təşkilatlarından gəlir. Belə bir mənbədən gələn vəsaiti isə ən tez və yaxın məsafadən çıxarmaq üçün Gürcüstan seçilib. Bu qədər bəsit.

-Bu arada Əfqan Muxtarlının həbsinə Avropa Birliyinin etiraz bildirməsini necə dəyərləndirirsiniz?

- Hər kəs bilir ki, Əfqan Muxtarlı Əli Kərimlinin pul daşıyanı olub. Bu şübhəsiz ki, belədir. Onun "çoxillik" fəaliyyətini nəzərə alsaq Avropa Birliyinin bəzi ermənipərəst qüvvələrin təkidi ilə etirazını hardasa başa düşmək olar.

-Bu etiraz məlum şəbəkənin elə Avropadan idarə edilməsi anlamına gəlmirmi?

-Dünyanın demək olar ki, əksər dövlətləri Avropa Birliyinə qeyri ciddi yanaşırlar. Çünki son 10 ildə bu qurum yalnız korrupsiya yolu ilə fəaliyyıt göstərir. Kim çox pul versə, onun mövqeyi də müdafiə olunur.

-Ümumiyyətlə bir ölkənin daxili işlərinə müdaxilə AB kimi bir qurum üçün nə dərəcədə anormal bir hərəkətdir və onun nüfuzuna xələl gətirmirmi?

Əslində hüquqi olaraq buna AB-nun ixtiyarı çatmır. Çünki hər hansı rəsmi sənəd qəbul edilməyib. Bundan başqa xoş niyyətli müraciət ola bilər. Məsələnin maraqlı tərəfi odur ki, illərdir ki, AB ermənilərin işğal etdikləri torpaqları tərk etmələri barədə sənəd qəbul edib, amma icra üçün bir dəfə də olsun cəhd etməyib. Bu yanaşma əslində hər şeyi ortaya qoyur.

S.İsmayılbəyli

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR