Hikkə, qisas pis şeydi. İnsan ən çox onlardan özünü qorumalıdı

Aysel Novruz - sosial şəbəkədə öz fikirləri ilə hər kəsin sevdiy, bəyəndiyi, eyni zamanda sevməyənləri  tərəfindən oğrun - oğrun izlənilən və həmçinin də sevilən xanımdı. Onun dünyasına çoxdan daxil olmaq istəyirdim. Sözün yaxşı mənasında fürsət gözləyirdim. Onun haqqında bilmək istədiyim - fikirləri, statusları, şerləri ilə bağlı həm jurnalist marağım, həm da qadın maraqlarım məni bu görüşə tələsdirirdi...

Qəribəliklərlə zəngin, fərqli, özünəməxsus dünyası olan, ixtasca musiqiçi olan, amma musiqiyə aludə olmayan və bunu da hər kəsə məsləhət görən Aysel xanıma ilk sualımız Fransaya necə getməklə bağlı oldu.

- Fransaya yolunuz necə düşdü?

- Uşaq olanda hamı mənə madmazel deyirdi. Həm özümü aparmağım, həm geyimim, həm yemək tərzimə görə onlarda bu fikir yaranmışdı. O zaman "Elen və onun dostları" serialı dəbdə idi. Ordakı qızlar kimi geyinirdm. Bu bənzətmələr ağlımın bir küncündə qaldı. Uşaq vaxtı beynimdə həmişə Fransanı  görmək istədiyi yarandı və beləliklə Fransa mənim en çox sevdiyim  ölkə oldu.

İxtisasca pianoçuyam. Bakı musiqi akademiyasına  imtahada iştirak etdim və qazandım.  Bir müddətdən sonra Fransada təhsil almaq üçün təşkil olunan imtahanda iştirak etdim. Qəbul oldum. Özhesabıma Fransada təhsil aldım.18 yaşımda Fransaya getdim. Orada musiqi təhsili almaqla bəraber, həm də fransız dilini öyrəndim. Musiqiçi olaraq Fransada işlədim. Azərbaycanda musiqiçi kimi fəaliyyət göstərmədim.

- Çoxları Avropa ölkələrində yaşamağa can atırlar və qayıtmaq  barədə belə düşünmürlər.  Niyə qayıtdınız ? (gülürük)

- Qayıtmağıma iki səbəbi var idi: Azərbaycanlı idim və müsəlman idim. Vətənpərəm.

Açığı o zaman  mən sağlam müqayisə edə bilmirdim. 10 il orda yaşamışam. Bizdə qadın ölkəni, şəhəri, özünü nə vaxt anlayır? İnstitutun birinci kursunda. İnstitututa qədər məktəb ev, məktəb ev "mərhələmiz" olur. Fikrimcə, qadınlar anadan ikinci dəfə instituta qəbul olanda doğulurlar. Mən ikinci dəfə Fransada doğuldum. Ona görə mənim müqayisəm sağlam deyildi. Təbii ki, mən dönəndə məni nə gözləyəcəyini  bilirdim. Amma bu dərəcədə olacağını təsəvvür etmirdim( gülür). İndiki vaxtım olsaydı ən azı qalıb - qalmamaq barədə ciddi düşünərdim.

Hərdən düşünüəm ki, hamımız vətəni tərk etsək, getsək nolardı. Xaraktercə problemi görəndə qaçmağa çalışan yox, onu həll edən biriyəm.

- Fransız Akademiyasını  necə yaratdınız?

-  Azərbaycan qayıdanda həqiqətən darıxmağa başladım. 2 ay başqa yerdə işlədim. Gördüm ki, mən də nə iş yoldaşlarımla, nə də işdə alınır. Qərbdə yazılmış qanunlarla, şərqd isə yazılmamış qanunlarla hərəkət etməlisən. Haqq budu deyə bir şey yoxdu. Mən haqlıyam deyə bir şey var. Çətinliyə dözmək olar, amma onun marağı, zövqü olmayacaq. Heç bir şeydən zövq ala bilmirdim. Sonra nədən zövq ala bilərəmsə onu etməyi qərar verdim və beləliklə, öz işimi qurmağa başladım.

Belə bir məşhur  deyim var. Yazmaq istədiyim əsər hansıdı? Oxumaq istədiyim əsərdi. Yaratmaq istədiyim ortam nədi, yaşamaq istədiyim ortam nədi? Tam olarq belə alınır deyə sual verə bilərsiniz. Təbii ki, tam alınmır. Mən tək cabalamaqla hər şey gözəl, ideal olmur. Ortam tək mənim istəyimlə dəyişmir. Mən fransızlara olan eşqimdən Azərbaycanı fransızlaşdırmaq istəmirəm. Yəni, illah ki, fransız şirniyyatı yeməyə gərək yoxdu. Şəkərbura, paxlava da yemək olar. Amma onları yeyəndə zövq almaq lazımdı.15 - ini birdən yeyib, sağlamlığımızda hansısa problemi yaşamağımıza ehtiyac yoxdu.

" Fransız Akademiyası" tam təsadüfən yarandı. Yaşamaq istədiyim ortamı, yaratmaq istədiyim ortamı qurmağa çalışanda "akademiyamı" yaratdım.

İnsan özü qazananda nələrisə arzulaya bilir, hündürdən danışa bilir, özgüvəni olur, arzu qura bilir. Məqsədim pul qazanmaq deyil, məqsədim sevdiyim işin mənə pul qazandırmasıdı. Cünki, yaşamaq lazımdı. Fransa tamam basqa aləmdi... (xəyallara dalır, məncə gözləri önündə xoşbəxt illəri 4-5 saniyəlik kinolenti kimi canlanır və üzülür...)

Bir məşhur söz var ki, fransız xalqı kef edir. Fransız xalqı həqiqətəndə kef edir. Fransada küçə musiqiçisindən, bomjundan tutmuş, burjaya qədər hər kəs hər yediyində, içdiyində bir estetika, bir zövq axtarır. Hər şeyin dadını çıxartmaqla yaşayırlar. Heç nəyi başdan getdi eləmirlər. Hər anlarını  incəsənət zamanı imiş kimi dəyərlənidirirlər..

- Azərbaycanda fransız Aysel ləqəbi iə tanınmaq necə hissdi?

- Fransa mənim ikinci vətənimdi. Mən oranı əcnəbi ölkə kimi görmürəm. İkinci dəfə  gözümü açdığım, aşiq olduğum, oğlumu dünyaya gətirdiyim ölkədi Fransa. Həyatımı qurduğum, ilk iş yerim, ilk qazancım olan ölkədi. Həyatımın bütün ilkləri və həyatımın bütün şirin zamanları Fransa ilə bağlıdı.

Fransız olub Azərbaycana qayıtsaydım, məsələ təbii ki, bir az başqa olardı. Fransa kimi ölkədən Azərbaycana gələndən sonra Fransanı xatırlayıb, fransız kimi qələmə verilməm mənə pis təsir etmir. Azərbaycan və  Türkdilli dövlətlərdən sonra mənim ikinci ən çox sevdiyim ölkə Fransadı. Çünki mənim dil tapdığım insanlar fransızlarlardı. Azərbaycanlılarla çox rahatlıqla ağlaya bilərəm, amma azərbaycanlılarla gülmək mənə çətin gəlir. 10 il az müdət deyil və 18 yaşında fransızlarla olmağım mənim içimdəki fransız Ayseli, madmazel Ayseli tanıtdi, biruzə verdi. Mən xasiyyət olaraq Azərbaycana yaxınam, ya Fransaya deyə sorsanız, təbii ki, Fransa deyəcəm.

- Şəxsi həyatda xoşbəxt olmayan qadınlara yazıçı olmağı məsləhət görürsünüz. Aysel xanımın ədəbiyyata meyilli olduğunu nəzərə alsaq, burada özünüzə məsləhət vermirsiniz ki?

- İnsan ya yaşayır, ya düşünür. Söhbət təkcə qadından getmir, ümumiyyətlə insanı nəzərdə tuturam. Düşünən insan yaşamağı ötürür, yaşayan insanın da düşünməyə vaxtı yoxdu. Mən bütün qadınlara tək qalacağı qədər, özünü idarə edəcəyi qədər ağıllı olmamağı, həyatlarında çox yaxşi bir insanla qarşılaşmağı arzu edirəm. Necə ki, bütün dünyaya sülh arzu edirəm. Amma bu o demək deyil ki, heç bir dövlətin ordusu olmalı deyil.  Əsgər getmirik ki, müharibəni sevirik. Ona görə əsgər gedirik ki, bir zaman müharibə olarsa özümüzü qorumağı bacaraq. Və bir qadın niyə güclü olmağı öyrənməlidi? Ona görə yox ki, o tək qalmağı seçəcək. Ona görə ki, o nə zamansa tək qala bilər. Və o zaman yıxılmasın. Ürək istər ki, bütün qadınlar incə, zərif, ürkək olsunlar. Öz qızımı bu cür  böyüdərdimmi?  Düşünürəm ki, böyütməzdim. Çünki, həyat bizlər üçün tamam başqa bir şey hazırlayır və biz bunu qabaqcadan bilmirik.

O ki, qaldı yazıçılığa. O mənim öz variantımdı. Bir insanın valideynləri olar və bir gün o valideynlərini itirə bilər. Zamanla o buna alışacaq. Övladı olar və bir gün o övladsız qala bilər.  Nə zamansa o acı da bitər, unudular hardasa. Amma bir qadın həyat yoldaşısız qalanda - o yetimlik onun ömrünün sonuna kimi qalır. Bu tənhalıq onu heç vaxt tərk eləmir. O bunu heç vaxt unutmur. Üsyan etmirəm. Bu dediklərimi, yazdığım statusları da heç kim "cahillik edir, bu qız ərə getmək istəyir" -  kimi də yozmasınlar.

Mən  içi özüm qarışıq istədiyim məsələyə kənardan baxmağı sevən biriyəm. Bəzən obyektiv olmağımda bundan irəli gəlir. Özümü tənqid etdiklərimdən içinə sala bilirəm. Yəni, şəxsi həyatda xoşbəxt deyilsə, yazıçı olsun. Bu o deməkdi ki, yaşaya bilmirsə heç olmasa düşünməyi bacarsın. Bu  beynin özünüqoruma instikdidi. Təsəvvür edin ki, bir insan düşünə də bilmir, yaza da bilmir, rəsm çəkə də bilmir, işi də yoxdu.  O insanın həyatda yaşamağa məqədi olmaz və o məhv olar. Özünü məhv etməmək üçün ya sən bir insana məxsus olursan, ya da başlayırsan balaca - balaca hərədə  bir az olmağa. Şəxsi həyatda böyük bir baxçan yoxdursa,  keç düşünməyə, rəsm çəkməyə. Soruşa bilərsiniz ki, bütün bunlar o acıları unutdururumu? Unutdurmur. Sağaldırmır? Sağaltmır. Amma nə isə səni həyata bağlayır,sənə zövq verir. Bəzən də olacaq hər- hansı bir  şeyə səni öncədən hazırlayır.

Sosial şəbəkədə yazdığınız statuslarınız, şerlərinizin tənqid olunduğu anlar olur. Və bu təndiqləri hər kəs oxuyur. Bəziləri  kəsgin tənqidə qarşıdılar. Bu məsələdə siz çox rahat görünürsünüz. Heç bir tənqidə qarşı sərt reaksiyanızı müşahidə etməmişəm.

- İlk olaraq qeyd edim ki, yazanda özüm üçün yazıram.  Düşünürəm ki, başqalarına yeganə təsir gücüm səmimiyyətim olacaq, amma  başqaları üçün də yazmıram (gülür). Bilirəm ki, yazdıqlarımda çox zaman yanlış anlaşılıram. Bunu belə yazmamaq lazımdı.Sosial şəbəkələrdəki səhifə   mənim şəxsi səhifəmdi və orada çox  rahatam. Ən əsasıda rahatlığımı özüm təmin edirəm. Ora həmin gün, həmin an düşündüklərimi yazıram. Ola bilər ki, sabah o cür düşünməyə bilərəm. Tənqid edənlərim çox olur. Əsasəndə qadınlar tənqid edir. Bütün tənqidlərə çox zaman belə cavab verirəm ki, "əgər nə vaxtsa ictimai xadim olsam və cəmiyyəti hansısa ictiami arenada təqdim edəsi olsam, nəyinsə güzgüsü olsam, onda kiminsə məni  tənqid etməyə haqqı olacaq". Dediyim sözün çoxlarına təsir etdiyini, çoxlarını yönləndirdiyinin fərqindəyəm. Amma bu mənim düşünmə və yazma azadlığımı əlimdən alabiləcək qədər əhəmiyyətli deyil.

Yazdıqlarımda səmimiliyi ötürə bilmək, hadisələri insanın gözü önündə canlandıra bilmək əsas məsələdi. Düşünürəm ki,ədəbiyyat hiss etdiyini hiss elətdirməkdi. Hekayə bitəndən sonra çox vaxt  oxucu qəhramanın bundan sonrakı həyatını  düşünmür. Bizdə bəzi oxucular üçün qəhramanın 7 oğlu olur və göydən üç alma düşür. Bununla da hər şey bitir. İnsan oxuduğu hər bir şeyi gözüönündə canlandırmalıdı.

Həyat tortun üstündəki saplaqlı gilasdı...( gülür)                                                              

- Uğurlu kişilərə hər zaman xanımlarının dəstək olduqlarını deyirlər. Amma Azərbaycan qadınının uğurlarına  çox zaman güclü bir kişi yox,  onun xəyanəti səbəb olur. Qadının ondan qisas almaq hissi, özünü güclü olduğunu sübut etmək və.s  hisslərlə qazanılanları uğur adlandırmaq olar?  

-Mənə görə ən adi bir insan yaşadığı nəyisə sübüt etmək üçün edəcəksə, o insan artıq uduzmuş insandı. Uğurlu bir kişinin arxasında ağıllı bir qadın var deyə uğurludu Uğurlu bir qadının arxasında bir kişi yoxdu deyə uğurludu. Uğura nail olmaq üçün çox zaman iki yol göstərilir: "Məsləhət" görülən birinci yol  hikkə, hirsdi. Qarşına qoyduğun yolda zirvəyə doğru qalxarsan, qalxarsan, amma zaman keçdikcə sən nə qədər çox zirvədə olsan belə içindən çürüməyə başlayacaqsan. O hikkə, hirs səni çürüdəcək. Sonda hansı  hündürlüyə gəlməyindən asılı olmayaraq, sən olmayacaqsan, sən bitəcəksən. Artıq o uğrlar sənin üçün dəyərsizləşəcək, önəmsizləşəcək. Çünki, artıq sən çürüyəcəksən, sən o uğurlarından zövq almayacaqsan.

İkinci bir yol hər şeyi dünəndə buraxmaq, sadəcə təkliyi qəbul etməkdi. Mənə görə tək qalan qadın güclü qadın deyil. Güclü olmaq anadan gəlmə bir şeydi. Ya sən güclüsən, ya da sən güclü deyilsən. Mən özüm heç bir baxımdan güclü qadın deyiləm. Amma mən ağılsız qadın da deyiləm. Nə isə alınmadı, eybi yox. Olmaya, alınmaya bilər. Ağlayarsan, dərd çəkərsən, depressiyaya düşərsən, psixoloqa gedərsən... Bitirmək istəyirəmmi? Təbii ki, yox.  O bitirmək istəməmək hissi hər şeyi davam elətdirir. Yorulursan, yorulursan. Bezirsən, bezirsən və hər şey edirsən. İnsan həyatında nə baş verə bilər ki, o həyatından bezsin?!

Hikkə, qisas pis şeydi. İnsan ən çox onlardan özünü qorumalıdı.

-Hər şeyi duymaq, hiss eləmək Aysel xanım üçün çətin deyilki?

- Baş verən hər şeyə münasibətim var  və bu məni yormur. Əksinə əyləncəlidi. Əvvəllər yazdıqlarıma görə hamı ilə mübahis edirdim ki, əslində bu mən deyiləm, belə bir şey olmayıb. Amma artıq bu haqda heç kimə heç nə demirəm. Əyləncəlidi. Başqa obrazları canlandırmaq, onlar kimi düşünmək çox maraqlıdı. Əgər yazdığım hər hansı kişi obrazı olursa, mən artıq kişi kimi düşünürəm, məsələyə onun kimi yanaşıram. Başaq bir aspektdən baxa bilirəmsə məsələyə, başqa obraza girə bilirəmsə, bu mənim ozüm üçün çox maraqlıdı. Bəzən, öz yazdığıma özüm inanıram, ağlayıram. Sevgi münasibətində, ayrılıq mövzusunda yazdıqlarıma o qədər  özüm inanmışam ki...

Nigar Nigar 

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR