Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi

Arzu Nağıyev: "Azərbaycan Prezidentinin Prezidentin tapşırıqları, ATƏT-in Minsk qrupu və xarici missiyalar qarşısında qoyduğu tələblər öz müsbət bəhrəsini verdi"

Ermənistan nəhayət ki, 39 gün girovluqda saxladığı azərbaycanlı əsgər Çingiz Qurbanovun meyitini təhvil verdi. Əvvəlcə azərbaycanlı əsgərin meyitinin onda olmasını təkzib edən işğalçı ölkə sonradan şəhidiimizin meyitinin onda olduğunu etiraf etməklə yanaşı, şəhid Çingiz Qurbanovdan Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdi. Bu müddət ərzində Yerevan şəhidimizin meyitini qaytarmamağa israr etsə də, lakin həm Azərbaycan tərəfinin diplomatik gedişləri, həm də beynəlxalq təşkilatların qətiyyəti Ermənistanı şəhidimizin meyitini qaytarmağa məcbur etdi. Siyasi şərhçi Arzu Nağıyev sözügedən hadisələrlə bağlı "OLAYLAR"-a müsahibəsində bunu işğalçı ölkənin daha bir yaramaz hərəkəti kimi xarakterizə edib. Arzu Nağıyev deyib ki, şəhidimizin meyitinin qaytarılması istiqamətində Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyevin göstərdiyi səylər də müsbət qiymətləndirilməlidir.

-Arzu müəllim, 39 günlük bir müddətdən sonra Ermənistan tərəfi nəhayət ki, şəhid Çingiz Qurbanovun meyitini Azərbaycan tərəfinə təhvil verdi. Sizcə, meyitin 39 gün müddətində saxlanılması nə dərəcədə beynəlxalq hüquq və normaların pozulması deməkdir və Yerevan bununla bir daha dünyaya heç bir qanunlara əməl etmədiyini bildirmiş olmadımı?

- Şəhid olan Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin qaytarılmaması erməni tərəfinin yaramaz və qeyri-adekvat bəhanəsi idi. Burada əsas məqsəd ondan ibarət idi ki, guya iki dövlətin sərhəddində olan təxribatın məhz Azərbaycan tərəfdən edildiyi bəyan edilməli idi və avtomatik olaraq Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olduğunu gündəmə gətirilməli və bütün üzvlər bəyanatla çıxış etməli idilər. Bununla da ermənilər aqressor və təxribatçı olmadıqlarını bəyan etmək istəyirdilər. Təbii ki, belə alçaq bir addım bütün beynəlxalq konvensiyalara zidd bir məsələ idi . Yəni əsgərimizin nəşi qeyri-şərtsiz vaxtında qaytarılmalı idi. Təbii ki, indi qaytarılma artıq beynəlxalq səviyyədə Ermənistanın qanunsuz addımlar etdıyı kimi qiymətləndirilə bilər.

-Sizcə, Çingiz Qubanovun meyitinin geri qaytarılmasında Azərbaycan tərəfinin diplomatik fəallığı və beynəlxalq təşkilatların hərəkətlilyi nə dərəcədə rol oynadı?

-Düşünürəm ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin səyi müsbət hal kimi qiymətləndirilməlidir. Məhz Prezidentin tapşırıqları, ATƏT-in Minsk qrupu və xarici missiyalar qarşısında qoyduğu tələblər öz müsbət bəhrəsini verdi. Eyni zamanda Prezidentin Avropaya səfəri ərəfəsində belə bir addım atması daima insan hüquqlarından bəhs edən beynəlxalq qurumlar və ermənilərin havadarlarına da bir messj idi. Bütün bunlar təbii ki, öz müsbət rolunu oynadı.

-Maraqlıdır ki, bu arada bəzi daxili siyasi qüvvələr iddia edirdilər ki, ölkədə seçki ərəfəsi olmadığı üçün Azərbaycan hakimiyyəti meyitin qaytarılmasına maraq göstərmir. Artıq şəhidimizin meyiti geri qaytarıldı. Bu mənada hakimiyyətin ünvanına səsləndirilən həmin fikirlər nə dərəcədə absurd və qərəzlidir?

-Təssüf ki, tək ermənilər deyil, bəzi qüvvələr də Azərbaycana qarşı qərəzli mövqedən çıxış edirlər. Seçki ili olub-olmamsından asılı olmayaraq Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan üçün prioritet məsələ kimi qalır. Təəssüsüf ki, bəzi yerli media qurumları da reytinq xatirinə bəzən bilməyərəkdən, bəzən də məqsədli şəkildə ermənilərin təxribatlarını gizlədərək öz əleyhimizə fikirləri bölüşürlər. Təbii ki, bunlar arasında bir sıra anti-Azərbaycan ideyalarını təbliğ edən, Qərbin insan hüququ sahəsində işlər aparan və bundan sui-istifadə edən qurumları tərəfindən maliyyələşən media nümayəndələri də var. Bu ancaq təəssüf doğurur. Çünki Dağlıq Qarabağ münaqişəsində və onun həllində ideyalar, məqsədlər bir olmalıdır, bundan öz siyasi məqsədlərinə çatmaq üçün istifadə etmək ən azından yaramazlıqdır.

-Son vaxtlar Dağlıq Qarabağ probleminin həllində Rusiyanın diplomatik hərəkətliliyinin artdığı müşahidə edilir. Həm Azərbaycan, həm də Ermənistan XİN rəbərlərinin Moskvaya dəvət edilməsi problemin həllində yeni bir danışıqlar prosesi, görüşün keçiriləcəyindən xəbər verirmi?

-Rusiya son vaxtlar həqiqətən müəyyən səylər göstərir . Burada da bir neçə məqsəd var. İlk növbədə SSRİ -nin varisi kimi münaqişə ocaqlarının yarnmasında rolu olub və hazırda varis kimi həmin münaqişə ocaqlarının sönməsində də iştirak etməlidir və bunu Qərb də tələb edir. Digər tərəfdən regionda nüfuz məsələsi də həll edildiyi üçün Rusiya münaqişənin həllində mühüm rol oynamağa çalışır. Həm də ATƏT -n Minsk Qrupunun üzvüdür və bu rolu da Ermənistanın tərəfdaşı kimi deyil, beynəlxalq qanunlar , daha doğrusu Azərbaycanın suverenliyi çərçıvəsində həll etməlidir.

-Ümumiyyətlə, hazırda Qarabağ problemi ətrafında vəziyyəti necə dəyərləndirərdiniz?

-Vəziyyət çətin olaraq qalır. Bəyanatlara baxmayaraq, problem öz həllini tapmır. Beynəlxalq qurumlar Ermənistana təzyiqlərini artırmırlar. Sanki Yaxın Şərq və digər problemlər Dağlıq Qarabağ münaqişəsini kölgədə qoyur. Bütün bunlara baxmayaraq ermənilər başa düşürlər ki, problem onların xeyrinə həll edilməyəcək və Azərbaycan öz ərazi bütövlüyünü həll etmək üçün istənllən mövcud addımları atacaqdır. Bundan başqa Ermənistanı qorxudan məqamlardan biri də Azərbaycan -İsrail münasibətləri və Donald Trampin Benyamin Natanyahunu dəstəkləməsidir. Bundan başqa Rusiya -Türkiyə yaxınlaşması da erməniləri qorxudan amillərdəndir. Eyni zamanda erməniıər başa düşür ki, KTMT -nin üzvlüyü də onlara kömək etməyəcək və istənilən vaxt Aprel döyüşləri kimi lokal müharibələr baş verə bilər.

Süleyman

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Loading...

Şərh yaz:

DİGƏR XƏBƏRLƏR